XOCALI FACİƏSİ XALQIMIZIN POZULMAYAN QAN YADDAŞIDIR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də M.F.Axundov adına Milli Kitabxanada Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə “Xocalı soyqırımı-əsrin faciəsi” adlı sərginin açılışı və “Xocalı soyqırımı rabitəçilərin yaddaşında” kitabının təqdimatı olmuşdur.
Kitabxananın direktoru Kərim Tahirov tariximizin qanlı səhifələrindən olan Xocalı faciəsini bir daha yada salmış, xalqımıza qarşı törədilmiş soyqırımının yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov erməni quldurları tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı hərbi təcavüzdən, xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş bu qanlı cinayət əməlinin heç bir insanlıq çərçivəsinə sığmamasından danışmış, əsl həqiqətlərin gələcək nəsillərə olduğu kimi çatdırılmasının vacibliyini vurğulamışlar.
Sonra tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş 200-dən artıq kitab, jurnal, qəzet materiallarının nümayiş olunduğu sərgi və təqdimatı keçirilən kitabla tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]