XOCALI SOYQIRIMININ 17-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR BALTİKYANI ÖLKƏLƏRDƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Bakı, 20 fevral (AZƏRTAC). Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar Moldova və Baltikyanı ölkələrdə anma mərasimləri keçiriləcək, “dəyirmi masa”lar təşkil olunacaq, faciədən bəhs edən filmlər nümayiş etdiriləcək, fotosərgilər açılacaqdır.
Moldova Azərbaycanlıları Konqresi Azərbaycanın Moldovadakı səfirliyi ilə birlikdə Kişinyov şəhərində soyqırımı qurbanlarının xatirəsini anma mərasimi təşkil edəcəkdir. Tədbirdə Xocalı soyqırımına həsr olunmuş CD-lər, kitablar, broşürlər paylanacaqdır.
Fevralın 26-da Estoniyadakı “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin keçirəcəyi anma tədbirində faciə ilə bağlı film göstəriləcək və fotosərgi təşkil olunacaqdır.
Latviyada fəaliyyət göstərən “Ocaq” Mədəniyyət Mərkəzinin Latviya Akademiyasının kitabxanasında təşkil edəcəyi “dəyirmi masa”da ölkə Seyminin deputatları, Xarici İşlər Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri iştirak edəcəklər.
“Litva Azərbaycanlıları Cəmiyyəti” də faciənin 17-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirəcəkdir.
Bunlardan başqa, Praqada Azəri-Çex Cəmiyyəti, Budapeştdə Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Buxarestdə isə Rumıniya Azərbaycan Mədəniyyət və Gənclər Asossiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ölkəmizin bu dövlətlərdəki səfirlikləri ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]