XOCALIDAN OLAN MƏCBURİ KÖÇKÜNLƏRYENİ EVLƏRLƏ TƏMİN OLUNUBLAR
Xocalı rayonundan olan məcburi köçkünlər Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində tikilmiş, hər cür şəraiti olan yeni mənzillərə köçürülmüşlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qəsəbədə təhsil, səhiyyə və digər ictimai iaşə müəssisələrinin tikilib isifadəyə verilməsi sakinlərin rahatlığını tam təmin etmişdir. Hazırda yeni yaşayış massivində Xocalı Rayon İcra Hakimiyyəti üçün tikilən inzibati binada son tamamlama işləri görülür. İnşaatçılar binanı fevral ayında istifadəyə verəcəklər.