Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir
Bakı, 5 aprel, AZƏRTAC
Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, Yaponiya İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Rusiyaya ixracı qadağan edilən malların siyahısına müxtəlif növ gəmilər, üzən və sualtı platformalar, yaxtalar, idman gəmiləri daxil edilib.
Rusiyadan yanacaq, mineral yağlar və onlardan hazırlanan məhsullar, həmçinin bəzi kimya sənayesi məhsulları və qiymətli metallar, plastik materiallar, volfram, molibden, kobalt və onlardan hazırlanan məmulatların ölkəyə idxalına qadağa qoyulub. Sanksiyalar polada, o cümlədən neft və qazın daşınması üçün borulara, elektrik avadanlıqlarına və onun hissələrinə, o cümlədən litium-ion və nikel-hidrogen batareyalarına və bu kimi başqa məhsullara da təsir edəcək.
Tokio Rusiyada hasil olunan qeyri-sənaye almazlarının idxalına da məhdudiyyətlər tətbiq edib. Qadağaların mayın 10-dan qüvvəyə minəcəyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]