Yaponiya və Çin baş verə biləcək hadisələrin qarşısını almaq üçün əlaqə mexanizmini razılaşdıracaqlar
Tokio, 8 may, AZƏRTAC
Yaponiya və Çin liderləri ərazi mübahisələri ilə əlaqədar dənizdə və havada baş verə biləcək hadisələrin qarşısını almaq üçün yaxın zamanlarda ikitərəfli əlaqə mexanizminin yaradılmasını razılaşdırmalıdırlar.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, tərəflər arasında bu barədə razılaşmanın mayın 9-da Tokioda keçriləcək Yaponiya, Çin və Cənubi Koreya liderlərinin üçtərəfli görüşü zamanı əldə ediləcəyi gözlənilir.
Agentliyin etibarlı mənbələrə istinadla bildirdiyinə görə, Yaponiya və Çin həmin mexanizmin yaradılmasının müzakirəsi zamanı Şərqi Çin dənizindəki mübahisəli Senkaku adalarını xatırlatmayacaqlar. Bununla yanaşı, Kyodo qeyd edir ki, Çin tərəfi Tayvanın da iddia etdiyi həmin adaların xatırladılmasını istəyir.
Məlumatda belə bir rabitə mexanizminin yaradılması barədə müzakirələrin hələ 2007-ci ildən planlaşdırıldığı da vurğulanır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]
Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
- 18.09.2026 [13:39]