YAPONİYADA “AZƏRBAYCAN MİLLİ MUSİQİSİ VƏ RƏQSİ” ADLI TƏDBİR KEÇİRİLMİŞDİR
Dostluq cəmiyyətinin sədri, “Qafqaz-Xəzər Salonu” layihəsinin müəllifi, Osaka Universitetinin tədqiqatçı alimi Rəhman Şahhüseynli tədbiri açaraq layihə çərçivəsində görülmüş işlərdən, bu cür tədbirlərin Azərbaycan ilə Yaponiya arasında dostluq əlaqələrinin inkişafında əhəmiyyətindən danışmışdır. O demişdir ki, “Qafqaz-Xəzər Salonu” layihəsinin növbəti mərhələsində dekabrın 28-də Osaka şəhərində Dünya Azərbaycanlılarının Həmrəyli günü münasibətilə möhtəşəm tədbir keçiriləcəkdir. R.Şahhüseynli bütün iştirakçıları həmin tədbirə dəvət etmişdir.
Osakanın tanınmış elm xadimləri, ziyalılar, ictimaiyyətin, eləcə də türk diaspor təşkilatları nümayəndələrinin iştirak etdiyi bu tədbirin sonunda peşəkar rəqqas Ramil Cəfərov milli rəqslərimizi ifa etmişdir. Sonra, Azərbaycanın milli rəqsləri və klassik musiqimizlə bağlı video-materialların nümayişi olmuşdur.
Yaponlar milli mədəniyyətimizə, rəqs və musiqimizə heyranlıqlarını bildirmiş, milli musiqimizin sədaları altında rəqs etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]