Yaponiyalı gimnast: yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür edirəm
Bakı, 21 fevral, AZƏRTAC
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışları yüksək səviyyədə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya Kuboku yarışlarının qızıl medalçısı yaponiyalı gimnast Kenzo Şirai jurnalistlərə müsahibəsində deyib.
Bakıda ilk dəfə olduğunu bildirən yaponiyalı atlet qeyd edib: “Belə mötəbər yarışda qızıl medal qazandığım üçün çox sevinirəm. Dünya Kuboku yarışlarında demək olar ki, ən güclü atletlər mübarizə aparırlar. Var gücümdən istifadə edərək sərbəst hərəkətlər yarışında qalib gələ bildim”.
Azərbaycan xalqına yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən yaponiyalı atlet Bakıdan xoş təəssüratlarla ayrılacağını diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]