Yaxın iki gündə yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacağı ehtimal olunur
Bakı, 23 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal, şimal-şərq küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 11-13, gündüz 15 dərəcəyə yaxın isti təşkil edəcəkdir.
Oktyabrın 25-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcəkdir. Şimal-şərq küləyi əsəcəkdir.
Havanın temperaturu gecə müsbət 12-14, gündüz 15-18 dərəcə olacaqdır.
Oktyabrın 24-25-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, oktyabrın 24-də bəzi yerlərdə intensiv olacağı, yağışın yüksək dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə müsbət 10-14, gündüz 15-18, dağlarda gecə 2-6, gündüz 6-9, yüksək dağlıq ərazilərdə isə gecə və gündüz 0 dərəcəyə yaxın gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]