YAXIN ŞƏRQ BÖHRANININ 26 GÜNÜ ƏRZİNDƏ LİVANDA 997, İSRAİLDƏ 94 ADAM HƏLAK OLMUŞDUR
Öldürülən livanlıların azı üçdəbiri 12 yaşınadək olan uşaqlardır. Münaqişə zamanı dörd beynəlxalq müşahidəçi və BMT müvəqqəti qüvvələrinin hərbi qulluqçusu həlak olmuşdur. Bundan başqa, 3322 livanlı yaralanmışdır.
Frans Press nəzərə çarpdırır ki, bu məlumatda hələ də binaların uçuqları altında qalanlar nəzərə alınmamışdır.
Təxminən 916 min livanlı ev-eşiyindən didərgin salınmışdır. Ölkəni 220 min adam, o cümlədən təxminən 100 min əcnəbi və ya ikili vətəndaşlığı olan şəxs tərk etmişdir.
Livana 2,5 milyard dollarlıq maddi ziyan vurulmuşdur. Ölkədə, demək olar, bütün körpülər, avtomobil yolları, Livan paytaxtının hava limanı, Beyrutun və üç şəhərin dəniz limanları, yüzlərlə ticarət və sənaye müəssisəsi dağıdılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]