YELİSEY SARAYINDA QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Fransada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də Fransa Prezidentinin iqamətgahına – Yelisey sarayına gəldi. Burada dövlətimizin başçısının rəsmi qarşılanma mərasimi oldu.
Sarayın qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi respublikamızın rəhbərinə raport verdi.
Fransa Respublikasının Prezidenti Jak Şirak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi sarayın önündə səmimiyyətlə qarşıladı. Dövlət başçıları xatirə şəkli çəkdirdilər.
Sonra Fransa və Azərbaycan prezidentlərinin təkbətək görüşü oldu.