Yeməli və faydalı: britaniyalı alimlər yosundan butulka hazırlayıblar
Bakı, 13 aprel, AZƏRTAC
İngiltərədə su üçün yeməli butulka ixtira edilib. Mühəndislər belə butulkaların seriyalı istehsalına başlamaq niyyətindədirlər.
AZƏRTAC “Moskovski komsomolets” nəşrinə istinadla xəbər verir ki, butulkalar kalsium xloridlə natrium alqinat qatışığından ibarət olan qonur yosunlardan əldə edilmiş innovativ materialdan hazırlanıb. Maddə gelyaratma metodunun köməyi ilə istənilən formaya, o cümlədən butulka formasına düşür. Vizual şəkildə meduzanı xatırladan belə material yeməlidir və ətraf mühit, eləcə də insan üçün təhlükəsizdir.
Yosundan hazırlanmış bu material hələ 2014-cü ildə ixtira edilib, amma belə butulkaların seriyalı istehsalına yalnız indi başlamaq qərara alınıb. Yeni su butulkalarının 2017-ci ilin sonuna qədər satışa çıxarılacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]