YENİ TEXNOLOGİYANIN TƏTBİQİNƏ XÜSUSİ DİQQƏT YETİRİLİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin ötən dövründə sahənin müəssisələrində yeni texnologiyanın tətbiqinə xüsusi diqqət yetirilmişdir. Şərqi Avropada qurulan yüksək sürətli (10 Gbitsan) magistral informasiya şəbəkəsinin Bakı hissəsində sınaqlar başlanmış, respublikanın bütün rayon mərkəzlərini birləşdirən hissəsinin quraşdırılması davam etdirilmişdir. MDB ölkələrində və regionda ilk dəfə “Yeni şəbəkə nəsli” texnologiyası Bakı şəhər telefon sistemində tətbiq olunmuşdur. Həmçinin 3 xidmətin - televiziya və radio proqramlarının, sürətli internetin və telefon rabitəsinin eyni vaxtda bir telefon xətti ilə istifadəçilərə verilməsinə başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:02]