İDMAN
YUNANISTANDA OLİMPİADA ƏRƏFƏSİNDƏ ANTİTERROR TƏLİMLƏRİ
Təlimlər müxtəlif terror təhdidlərinin qarşısını almaq ssenarilərini hazırlamaq, ölkənin Oyunların təhlükəsiz keçirilməsini təmin etmək iqtidarını yoxlamaq məqsədi ilə Olimpiadanın Təhlükəsizlik İdarəsi tərəfindən təşkil olunmuşdur. Təlimlərdə Olimpiadanın təhlükəsizliyinin təmin olunması üçün məsuliyyət daşıyan Yunanıstan təşkilat və xüsusi idarələrinin, ABŞ başda olmaqla, 2004-cü il Oyunlarının təhlükəsizliyi üzrə məşvərətçi qrupun yeddi üzv ölkəsinin 300-dək nümayəndəsi, habelə bir sıra ölkələrin müşahidəçiləri iştirak etmişlər.
Olimpiadanın təhlükəsizliyini təmin etmək üçün Yunanıstan görünməmiş məbləğdə - 1 milyard avrodan artıq vəsait ayırmışdır ki, bu da 2002-ci il Sidney Olimpiadasında sərf olunmuş vəsaitdən təqribən 5 dəfə çoxdur. Olimpiya obyektlərinin, qonaqların və iştirakçıların toxunulmazlığını təmin etmək üçün Yunanıstan təhlükəsizlik qüvvələrinin 70 min əməkdaşı cəlb olunmuşdur.
Xatırladaq ki, Afina Olimpiadası avqustun 13-29-da keçiriləcəkdir.