“Zirə” futbolçusu Nemanya Andelkoviçlə yollarını ayırıb
Bakı, 23 yanvar, AZƏRTAC
Bakının “Zirə” klubu futbolçusu Nemanya Andelkoviçlə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İyirmi beş yaşlı serbiyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.
“Zirə” rəhbərliyi Nemanya Andelkoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, N.Andelkoviç 2021-ci ilin yanvarından “Zirə”də oynayırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]