“Zirə” komandası səfərdə “Xəzər Lənkəran”a iki qolla qalib gəlib
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində “Xəzər Lənkəran” komandası doğma meydanda paytaxtın “Zirə” kollektivini qəbul edib.
AZƏRTAC xəbər verir ki, baş hakim Ramil Diniyevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 2:0. “Zirə” komandasının ilk qolunu matçın 16-cı dəqiqəsində Yovan Krneta vurub. Oyunun 73-cü dəqiqəsində isə Nelson Bonilla fərqlənib.
Bu görüşdən sonra xallarının sayını 41-ə çatdıran “Zirə” ikinci sıradakı yerini daha da möhkəmləndirib. “Xəzər Lənkəran” isə 13 xalla doqquzuncu sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]