Nabil Al Xancari: Azərbaycan qlobal əhəmiyyətli mötəbər tədbirlərə uğurla ev sahibliyi edir VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan qlobal əhəmiyyətli mötəbər tədbirlərə uğurla ev sahibliyi edir və UNESKO-nun Bakıda keçirilən sessiyasına dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatılması bunun daha bir təsdiqidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçısı, Omanın regional bələdiyyələr və su mənbələri üzrə nazirliyin idarəsinin baş direktorunun müavini Nabil Al Xancari səsləndirib.
Tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Nabil Al Xancari deyib: “Bizim ölkəmiz də təhlükədə olan 5 tarixi və mədəni abidənin Ümumdünya İrs Siyahısına salınmasını təklif edib. Düşünürəm ki, dünyanın bir çox ölkələrinin tarixi və mədəni irsin qorunub saxlanılması sahəsində ən yaxşı təcrübələrini belə mühüm platformada bölüşməsi çox əhəmiyyətlidir”.