Anita Tsoy: “Jara” festivalına və Bakıya yalnız çiçəklənmə arzulayıram VİDEO
Bakı, 26 iyul, AZERTAC
“Jara” festivalına və Bakıya yalnız çiçəklənmə arzulayıram.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Jara 2019” festivalının iştirakçılarından olan Rusiyanın Xalq artisti Anita Tsoy deyib.
“Bakıya gəlməyi çox xoşlayıram. Sizin şəhəriniz daha da gözəlləşib. Yeni-yeni binalar inşa edilir. Dünən bütün axşam Dənizkənarı Bulvarda gəzdim, orada yeni restoranlar fəaliyyət göstərməyə başlayıb”, - deyə rusiyalı müğənni qeyd edib.
Festivalda yalnız iyulun 27-də iştirak edəcəyinə baxmayaraq, Bakı üçün çox darıxdığına görə Anita Tsoy burada 4 gün qalacağını bildirib.