QAN YADDAŞI
20 Yanvar - Tariximizin qəhrəmanlıq salnaməsidir
![](/files/galleryphoto/2023/1/1200x630/16741541432893421153_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16741541435775750176_1200x630.jpg)
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı baş konsulluğunun təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ölkəmizin BƏƏ-dəki səfiri Elçin Bağırov, diaspor nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın müstəqilliyə olan istəyinə mane ola bilmədiyini və müasir Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi kimi qaldığını vurğulayıb. O diqqətə çatdırıb ki, bu qanlı hadisədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib və böyük cəsarət göstərərək keçmiş SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib, onları ifşa edib. Baş konsul bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 44 günlük müharibəni Qələbə ilə başa vurub ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə, həm də şəhidlərimizin qanını yerdə qoymayıb.
Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.