REGİONLAR
Laçınlıların bayram coşqusu VİDEO
Ağcabədi, 27 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2022-ci il avqustun 26-da bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycan ordusunun nəzarətinə keçməsi xəbəri laçınlılarda böyük ruh yüksəkliyi, tükənməz sevinc hiss yaradıb. Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış laçınlılar dəstə-dəstə ərazidəki Heydər Əliyev adına parka axışıblar. Laçınlı incəsənət ustalarının musiqi çıxışları bu tədbiri əsl bayrama çevirib.