CƏMİYYƏT
#prokurorluqdanizah: Videoçarxda “Prokuror təsir tədbiri aktı nədir?” sualı cavablandırılıb VİDEO
Bakı, 31 avqust, AZƏRTAC
Prokurorluq orqanları modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
Bu həştəq altında təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Tamara Əlişzadə “Prokuror təsir tədbiri aktı nədir?” sualını cavablandırıb.
Videoizahı izləməklə həmin sualın cavabını öyrənmək mümkündür.