Gəncədə yaşayış binasında yanğın baş verib, 20 nəfər təxliyə olunub VİDEO
Gəncə, 31 avqust, E.Məmmədov, AZƏRTAC
Gəncə şəhəri Əziz Nəzərov küçəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib, 20 nəfər təxliyə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə bölməsinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
Yanğın söndürülüb və digər binalara keçməsinin qarşısı alınıb.