SİYASƏT
Azərbaycan Prezidenti: Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər VİDEO
![Azərbaycan Prezidenti: Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər VİDEO](/files/2023/3/1200x630/17018531873860732013_1200x630.jpg)
Bakı, 6 dekabr, AZƏRTAC
Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [11:17]
Brüsseldə “COP29: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans təşkil olunub
- 03.07.2024 [10:47]
Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq böyük perspektivlər vəd edir
- 02.07.2024 [23:38]
İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib
- 02.07.2024 [17:55]
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO
- 02.07.2024 [17:39]
Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib
“Lokomotiv və vaqonlar” hazırdır
- [11:11]
İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib
- 02.07.2024 [23:38]