Tənzilə Narbayeva: Əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ikinci yol xəritəsi imzalanacaq VİDEO
Bakı, 6 iyun, AZƏRTAC
Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ikinci yol xəritəsi imzalanacaq.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanın Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Bakıda keçirilən TÜRKPA-nın 13-cü plenar sessiyası çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib.
Plenar sessiyada mühüm məsələlərin müzakirə edildiyini, bir sıra vacib qərarların qəbul edildiyini diqqətə çatdıran Özbəkistan parlamentarisi TÜRKPA-nın, həmçinin qarşıdakı illərdə görəcəyi işlərin kifayət qədər çox olduğunu vurğulayıb.