9 MAY-XATİRƏ VƏ EHTİRAM GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 9 May-Xatirə və Ehtiram günü münasibətilə Daşkənddə bayram tədbirləri keçirilmişdir. Özbəkistan Prezidenti İslam Kərimov, hökumətin üzvləri, səfirlər Daşkənddəki “Kədərli Ana” abidəsini ziyarət etmişlər. Abidənin önünə əklillər və çiçək dəstələri qoyulmuşdur. İslam Kərimov Vətən və xalq üçün canlarından keçənlərin xatirəsinin həmişə əziz olduğunu demişdir. Bayram iştirakçıları Qardaşlıq qəbiristanlığına getmişlər.
Bu münasibətlə Rusiyanın Daşkənddəki səfirliyinin keçirdiyi qəbula MDB ölkələrinin səfirləri dəvət olunmuşdular.