Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransada “Azərbaycan parkı”nın və Xurşidbanu Natəvanın abidəsinin açılışı olub VİDEO

Evian-le-Bən, 3 iyul, AZƏRTAC

İsmayıllı və Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Evian şəhərində, Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan parkı”nın və parkda “Dostluq” bulağının açılışından sonra görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi olub.

Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti, Evian-le-Bən şəhərinin meri Mark Fransina, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov, ölkəmizin Fransadakı səfirliyinin iqtisadi və regionlarla əməkdaşlıq məsələləri üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev, yerli ictimaiyyətin və mətbuatın nümayəndələri, eləcə də Fransada və İsveçrədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Evian-le-Bənin meri Mark Fransina bu günün İsmayıllı şəhərinə həsr olunduğunu bildirib. İsmayıllının şərəfinə salınmış “Azərbaycan parkı”nın, eləcə də Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın parkın mərkəzində ucaldılmış heykəlinin açılışından şərəf duyduqlarını vurğulayıb. Qeyd edib ki, Xurşidbanu Natəvanın heykəlinin Evyan-le-Bəndə ucaldılması iki şəhər arasında mədəni əlaqələrin, qarşılıqlı dostluğun möhkəmlənməsinə xidmət edəcək. Qeyd edilib ki, şəhər meriyası ikitərəfli dostluğun rəmzi olan bu parkın həmişə belə gözəl olmasını daim diqqətdə saxlayacaq.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov parkın açılması münasibətilə şəhər sakinlərini təbrik edib. Bildirib ki, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinin Evyan-le-Bən şəhərində ucaldılması qürurverici haldır. O, İsmayıllıda “Evyan-le-Bən” parkının açıldığını və rayon muzeyində dost şəhərlə bağlı guşənin fəaliyyət göstərdiyini qeyd edib. Belə layihələrə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev təmsil etdiyi qurumun iki ölkə arasındakı əlaqələrə böyük önəm verdiyini, çoxsaylı layihələr həyata keçirdiyini, tədbirlər təşkil etdiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun mədəniyyətimizin təbliği üçün gördüyü işlərdən danışıb. Qeyd edib ki, Fondun dəstəyi ilə Parisdə mütəmadi olaraq “Azərbaycan şəhərciyi” təşkil olunur, Kan şəhərində ölkəmizin tarixi və mədəniyyətinə həsr olunan, artıq ənənəyə çevrilmiş sərgi keçirilir, tariximiz, mədəniyyətimiz, eləcə də milli mətbəximizlə bağlı kitablar fransız dilinə tərcümə edilir. İki xalqın qarşılıqlı şəkildə bir-birinin mədəniyyətini daha yaxından tanıması üçün müntəzəm olaraq Fransanın müxtəlif şəhərlərində mədəniyyət tədbirləri keçirilir.

O, “Azərbaycan parkı”nın, “Dostluq bulağı”nın, eləcə də Xurşidbanu Natəvanın abidəsinin açılışında Fondun böyük əmək və dəstəyindən söz açıb. Tədbir iştirakçılarına şairənin böyük fransız yazıçısı Aleksandr Düma ilə görüşündən danışıb. Bildirib ki, Azərbaycanın görkəmli şairəsinın abidəsinin Evian kimi turizm şəhərində ucaldılması bura gələn turistlərə də ölkəmizi tanımağa imkan verəcək. Qeyd edib ki, “Azərbaycan parkı”nın və Natəvanın abidəsinin açılışı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin zənginləşməsinə böyük töhfədir.

Azərbaycanın Fransadkı səfirliyinin iqtisadi və regional məsələlər üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən danışıb. Bildirib ki, artıq iki ölkənin 15 şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Evian-le-Bən ilə dostluq və əməkdaşlıq xartiyası 2015-ci ildə imzalanıb və həmin il İsmayıllıda Evian parkının təməli qoyulub. O, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirib, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfələrindən və bu sahədə beynəlxalq səviyyəli platformaya çevrilməsindən söz açıb.

Tədbir iştirakçılarına görkəmli şairə Xurşidbanu Natəvanın anadan olduğu Şuşa şəhəri, Qarabağ bölgəsi haqqında ətraflı məlumat verən E.Məmmədov qeyd edib ki, iki şəhər arasında dostluğun rəmzi olan “Azərbaycan parkı” qarşılıqlı əməkdaşlığın, eləcə də bütün dünyada multikulturalizm və mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verəcək. O, iki ölkə arasındakı mədəniyyət əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Tədbir iştirakçıları Xurşidbanu Natəvanın heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər.

Sonda xanəndə Günay İmamverdiyeva Əməkdar Artist Toğrul Əsədullayevin (kamançada) və Rövşən Qurbanovun (tarda) müşayiəti ilə “Şuşanın dağları” xalq mahnısını və “Azərbaycan” mahnısını ifa edib.

Evian-le-Bənin meri Mark Fransina AZƏRTAC-a müsahibəsində bildirib ki, İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyasının imzalanması ideyasını dərhal dəstəkləyib və əməkdaşlığın, əlaqələrin genişləndirilməsi üçün əlindən gələni əsirgəməyib.

“Düşünürəm ki, bundan sonra da əməkdaşlığımızı daha da genişləndirəcək və inkişaf etdirəcəyik. İsmayıllı şəhərinin icra başçısı ilə apardığımız fikir mübadiləsində əlaqələrimizin perspektivlərindən söz açdıq və gələcəkdə təhsil sahəsində də birgə layihələr həyata keçirməyi qərara aldıq. Turizm sahəsində də əlaqələri genişləndirmək istəyirik”, -deyə Mark Fransina bildirib.

Evian şəhəri merinin mədəniyyət işləri üzrə müavini Alən Giro xalqlar arasındakı münasibətlərdə mədəniyyətin böyük rolu olduğunu bildirib.

“Mədəniyyət xalqlar arasında mübadilə deməkdir. Mübadilə isə çox vacibdir. Onun sayəsində insanlar bir-birini yaxşı tanıyır. Bu da onlara tarixlərini də yaxşı tanımağa imkan yaradır. Dostluq da insanlar arasında mübadilədir. Bugünkü mürəkkəb dünyada bizi dostluq xilas edəcək. Əminəm ki, gələcəkdə daha böyük layihələri birgə həyata keçirəcəyik. Yaşasın Azərbaycan-Fransa dostluğu!”,- deyə A.Giro vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Evian-le-Bən

Fransada “Azərbaycan parkı”nın və Xurşidbanu Natəvanın abidəsinin açılışı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VİDEO

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir