Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası dünyanın 60-dan çox ölkəsi ilə ticarət əməliyyatları aparır

Naxçıvan Muxtar Respublikası dünyanın 60-dan çox ölkəsi ilə ticarət əməliyyatları aparır

Muxtar respublikada gömrük orqanlarının fəaliyyəti müasir tələblər səviyyəsində qurulub

Naxçıvan, 25 fevral, AZƏRTAC

Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə muxtar respublikanın iqtisadi maraqlarının və mənafelərinin qorunması, gömrük xidmətinin formalaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirib. Həmin illərdə İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinin yaradılması blokadada olan Naxçıvanın böhranlı vəziyyətdən çıxarılmasında, gömrük və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əlverişli coğrafi mövqedə yerləşən Naxçıvanda səmərəli xarici iqtisadi fəaliyyətin təşkili, idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin təmin edilməsi məqsədilə atılmış ən mühüm addımlardan biri də gömrük orqanlarının vahid mərkəzdən idarə edilməsinin təşkili olub. “Gömrük orqanlarının, gömrük xidmətinin dövlətin iqtisadiyyatında, ümumiyyətlə, dövlətçilikdə çox böyük rolu vardır”, - deyən ümummilli liderimiz Heydər Əliyevin 1992-ci il 24 fevral tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi yaradılıb.

Gömrük xidməti müasir tələblər səviyyəsində qurulub

Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi fəaliyyətin hərtərəfli təşkilinə səbəb olub, gömrük orqanları mühüm təşkilatlanma və inkişaf yolu keçib. Bu gün Prezident İlham Əliyev tərəfindən dahi rəhbərin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, gömrük sistemi də ilbəil təkmilləşir, bu sahəyə dövlət qayğısı artır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər öz bəhrəsini verib. Ötən dövrdə muxtar respublika gömrük sistemi böyük inkişaf yolu keçib, qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişlənib. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq status verilib, Sədərək və Culfa gömrük sərhəd-buraxılış məntəqələrinin iş rejimi 24 saata çatdırılıb. Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin ötən ilin may ayından fasiləsiz olaraq fəaliyyət göstərməsi Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının digər bölgələrinə və əks-istiqamətdə yük və minik maşınlarının, o cümlədən avtobus reyslərinin müntəzəm hərəkətinə şərait yaradıb. Bu ilin yanvar ayında isə Şahtaxtı-Poldəşt gömrük sərhəd-buraxılış məntəqəsinin iş saatı əlavə 4 saat artırılaraq 16 saata çatdırılıb.

Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə muxtar respublika gömrük sistemində müasir infrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılıb. 2007-ci ildə Culfa, 2009-cu ildə Şahtaxtı, 2012-ci ildə isə Naxçıvan Şəhər Gömrük idarələri üçün müasir gömrük kompleksləri, 2014-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün yeni inzibati bina, 2015-ci ildə “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin istifadəyə verilməsi, eləcə də gömrük laboratoriyasının yaradılması xidmətin müasir tələblər səviyyəsində qurulmasına səbəb olub. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binası əsaslı şəkildə təmir edilib. Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün 18 hektara yaxın ərazidə beynəlxalq standartlara uyğun inşa olunan müasir kompleksin tikinti işləri yekunlaşdırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin strukturu inkişaf etmiş dünya ölkələrinin praktikasına uyğun yenidən formalaşdırılıb

Son illər muxtar respublikada gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkili istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun inkişaf etmiş dünya ölkələrinin praktikasına uyğun yenidən formalaşdırılması gömrük xidmətinin keyfiyyətinin artmasına, əməkdaşlardan daha səmərəli istifadəyə imkan yaradır. Culfa, Şahtaxtı və Sədərək gömrük sərhəd-buraxılış məntəqələrində quraşdırılan rentgen-nəzarət qurğuları muxtar respublikaya bütün istiqamətlərdən gələn yüklərə və yük nəqliyyat vasitələrinə gömrük nəzarətini daha dolğun və sürətli şəkildə həyata keçirməyə imkan verir. Qeyd edək ki, Almaniya istehsalı olan həmin yoxlama-baxış qurğuları dünyanın inkişaf etmiş ölkələrinin gömrük sistemində tətbiq olunan ən müasir müayinə sistemidir.

Komitənin “Hədəf mərkəzi”ndə muxtar respublika ərazisində malların və nəqliyyat vasitələrinin hərəkətinin izlənilməsi, gömrük orqanlarında quraşdırılmış müasirtipli müşahidə kameralarının imkanlarından istifadə olunmaqla iş prosesinə 24 saat nəzarət edilməsi, gömrük əməliyyatlarının monitorinqinin aparılması və riskin idarə olunması sistemi əsasında effektiv gömrük nəzarəti həyata keçirilir. Gömrük sərhəd-buraxılış məntəqələrindən muxtar respublika ərazisinə idxal və ya tranzit rejimində daxil olan yüklü nəqliyyat vasitələri xüsusi mexaniki kilidlə - GPS sistemi ilə təmin olunur, müəyyən edilmiş marşrut üzrə təyinat gömrük orqanına vaxtlı-vaxtında çatdırılma nəzarətdə saxlanılır.

Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti vahid elektron sistem vasitəsilə həyata keçirilir

Muxtar respublikada sərhədi keçən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti vahid elektron sistem vasitəsilə reallaşdırılır. Belə ki, gömrük bəyannamələri və digər mal-müşayiət sənədləri gömrük orqanlarına elektron imza ilə təsdiq olunmaqla elektron formada təqdim edilir. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, əməkdaşlığın artırılması məqsədilə informasiya texnologiyalarının tətbiqi və elektron xidmətlərin coğrafiyası ilbəil genişləndirilir. Gömrük sərhəd-buraxılış məntəqələrində tətbiq edilən “Sərhəd keçmə vaxtının ölçülməsi” sistemi sərhəd keçmədən buraxılışa qədər olan müddəti müəyyən etməyə, gömrük prosedurlarının yerinə yetirilməsini, mal və nəqliyyat vasitələrinin hərəkətini ləngidən səbəbləri aşkarlayıb aradan qaldırmağa imkan verir.

Muxtar respublikaya gətirilən malların rəsmiləşdirilməsi beynəlxalq standartlar tətbiq edilməklə “bir pəncərə” prinsipinə uyğun şəkildə həyata keçirilir. Gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsində “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemləri tətbiq edilir. Xarici iqtisadi fəaliyyət iştirakçısı sənədlərini gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib və təqdim etdikdə rəsmiləşdirmə bir neçə dəqiqə ərzində başa çatdırılır.

Gömrük xidməti muxtar respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini etibarlı şəkildə qoruyur

Gömrük xidməti muxtar respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini etibarlı şəkildə qoruyur. Büdcə öhdəliyi hər il artıqlaması ilə yerinə yetirilir, dövlət büdcəsinin formalaşmasında gömrük orqanlarının rolu artır. Dövlət Gömrük Komitəsi, eyni zamanda, hüquq-mühafizə orqanı olaraq əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi ilə qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Bu məqsədlə ən mütərəqqi üsullаrdаn istifаdə edilir, digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət təmin olunur. Bu sahədə görülən qabaqlayıcı tədbirlərin nəticəsi olaraq son illər hüquqpozma faktlarının aşkar olunmasında artan dinamika müşahidə edilir. 2018-ci ildə muxtar respublika üzərindən tranzit hərəkət edən iki yük nəqliyyat vasitəsindən, ümumilikdə, 207,6 kiloqram heroinin aşkarlanması texniki nəzarət vasitələrindən səmərəli istifadənin uğurlu göstəricisidir.

Gömrük orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biri də daxili bazarın qorunmasıdır. Bu sahədə görülən işlər xaricə valyuta axınının qarşısını alır, məşğulluğu təmin edir, iqtisadiyyatın davamlı inkişafına münbit şərait yaradır. Gömrük orqanları tərəfindən yerli istehsalçıların mənafeyinin qorunması, daxili bazarda yerli istehsal məhsullarının satışının stimullaşdırılması istiqamətində görülən işlər nəinki muxtar respublikanın ərzaq təhlükəsizliyinin həllinə, o cümlədən ixrac potensialının artmasına da əlavə stimul verir. Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunur. Keyfiyyət göstəricilərinin təyini ilə bağlı məhsullardan alınan prob və nümunələrin ekspertizası həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası dünyanın 60-dan çox ölkəsi ilə ticarət əməliyyatları aparır

Muxtar respublikanın sosial-iqtisadi inkişafının məntiqi nəticəsi olaraq hər il ixracın həcmi idxalı üstələyir, xarici ticarət əlaqələri genişlənir. Artıq Naxçıvan Muxtar Respublikası dünyanın 60-dan çox ölkəsi ilə ticarət əməliyyatları aparır. Qonşu İran və Türkiyənin gömrük xidmətləri ilə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri ticarət və gömrük münasibətlərinin inkişafına öz müsbət təsirini göstərir.

Gömrük orqanları iqtisadi təhlükəsizliyi təmin etməklə yanaşı, sahibkarlığın stimullaşdırılmasına, biznes mühitinin daha da yaxşılaşmasına, muxtar respublikanın tranzit potensialının güclənməsinə və turizmin inkişafına da öz töhfəsini verir. Bu məqsədlə biznes subyektləri ilə vaxtaşırı görüşlər keçirilir, sahibkarların rəy və təklifləri öyrənilir. Gömrük sərhəd-buraxılış məntəqələrində quraşdırılmış köşklər vasitəsilə fiziki şəxslər, o cümlədən turistlər sadələşdirilmiş elektron bəyannaməni doldurur, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarəti ilə bağlı qaydalarla tanış olurlar. Gömrük sərhəd-buraxılış məntəqələrində quraşdırılan monitorlarda Naxçıvan Muxtar Respublikasının zəngin turizm potensialı ilə bağlı videoçarxlar nümayiş etdirilir.

Bu gün əminliklə deyə bilərik ki, gömrük işi sahəsində muxtar respublikada yaradılan hərtərəfli şərait qarşıya qoyulmuş vəzifələrin bundan sonra da uğurla icra olunmasına imkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında iki tanker minaya düşüb

İran: ABŞ ilə mümkün yeni münaqişə əvvəlkindən daha uzun çəkə bilər

Suriyada neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb

Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb

“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri olub

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

Ağstafada iki yeniyetməni avtomobil vurub

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

AZƏRTAC-ın xüsusi müxbiri “24news” internet televiziyasında Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb

Qazaxıstanda dünya çempionatının son günü: Azərbaycan güləşçilərinin nəticələri

“Makron diktaturası” müzakirələri: Tənqidçilər ölkədə avtoritar meyillərin gücləndiyini bildirirlər

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub

Frantişkovı Laznedə tarixi kurort binasının döşəməsində akvarium quraşdırılıb

Fransada etirazlar Makron hakimiyyətinə qarşı siyasi qarşıdurmanı dərinləşdirir: müxalifət prezidentdən məsuliyyət tələb edir

Bu saata olan əsas xəbərlər

Xetaq Qazyumov: Dünya çempionatındakı nəticəyə görə məsuliyyəti öz üzərimə götürürəm

Geridə qalan həftə Gürcüstanın həyatında nələr baş verib?

Lənkəran Dövlət Dram Teatrında “Nəfəsim Vətən” tamaşasının premyerası olub

Premyer Liqa: “Neftçi” və “Kəpəz”dən qələbə

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

Moskvada Tsaritsino parkında terror aktı törətməklə hədələyən yeniyetmə saxlanılıb

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Ali Tsokayev: Bürünc medal qazanmaqdan daha çox qızılı əldən verməyimi düşünürəm

Azərbaycanın özəl sektorunun təmsilçiləri İstanbulda COMCEC çərçivəsində sammitdə iştirak edirlər

ABŞ-də futbol matçından sonra silahlı hücum: bir nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb

OPEC+ ölkələri hasilat səviyyəsinin saxlanılması barədə qərar qəbul ediblər

Azərbaycan güləşçisi İslam Bazarqanov dünya çempionatını beşinci pillədə başa vurub

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medalı əldən verib

Avropadakı sosial böhran fonunda Almaniyada gənclərin etirazı:“Gen Z regelt” aksiyaları nədən xəbər verir?

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

Kimya İnstitutu NASCO29-da təmsil olunub

Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb

Bakıda “Baku Women’s Cancer Forum” beynəlxalq elmi forumu keçirilib

Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib

Avropada dərinləşən böhran - TƏHLİL

Türkiyədə 19 yeni vilayətin yaradılması təklif olunur

Media və Yayım Şurası bəyanat yayıb

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

Azərbaycanlı professor Türkiyə universitetinin rektorluğuna namizədliyini irəli sürüb

Şervin Nəcəfpur: Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm MÜSAHİBƏ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi

Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var - FOTO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 noyabr

Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib

Azərbaycançılıq ideyası xalqımızı birləşdirən ən mühüm milli dəyərdir - ŞƏRH

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib VİDEO

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb