Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paris: paytaxt həyatının sirri

Bakı, 7 dekabr, AZƏRTAC

Parisi mübaliğəsiz olaraq dünyanın ən populyar turizm şəhəri adlandırmaq olar. Kim Parisdə olmayıbsa, ora getməyi arzulayır, gedib Parisi görənlər isə ora qayıtmaq istəyirlər. Bəs bu şəhərin qarşısıalınmaz cazibəsi nədən qaynaqlanır? Bəlkə möhtəşəm sarayların daşlarında donub qalan və Luvrda nümayiş etdirilən əsərlərdən boylanan tarixdən, yaxud Eyfel qülləsinin romantik aurasından. Bəlkə də bunun sirri fransız mətbəxinin son dərəcə ləzzətli yeməklərindədir. Parisdə turistlər ilk növbədə hara yollanırlar, bu şəhərdə qiymətlər necədir, şəhər nə dərəcədə təhlükəsizdir?

AZƏRTAC-ın müxbiri bu və bir çox digər suallara cavab vermək üçün Parisə yola düşüb.

Xəyallarımızdakı hava limanı, pulsuz makaronlar və ulduzlu otel

Milli aviadaşıyıcımız “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakıdan Parisə reysi birbaşadır. Amma bizim şərtlərimiz xüsusi idi: geriyə Brüsseldən qayıtmalıydıq, AZAL isə Brüsselə uçuşlar həyata keçirmir. Biz məsələnin ideal həllini yenə də Ukrayna Beynəlxalq Hava Yollarının (UBHY) uçuş cədvəlində tapdıq. Bakı-Kiyev-Paris tranzit aviareysinin müddəti, demək olar ki, elə birbaşa reys qədər - təqribən 6 saat çəkir. Özü də Avropanın istənilən paytaxtından geri qayıtmaq olar, çünki UBHY-nin marşrut şəbəkəsi olduqca genişdir.

Əslində, hər bir xarici səfər o ölkənin aeroportundan başlayır, aeroportunda da başa çatır. Turistlərin ölkə ilə tanışlığı da elə aeroportdan başlayır. Bu baxımdan Paris aeroportu o qədər diqqətəlayiqdir ki, biz təəssüratlarımızı sizinlə bölüşməyə bilməzdik. Məsələn, vaxtilə aeroportun rəhbərliyi sərnişinlər arasında “İdeal aeroport necə olmalıdır?” mövzusunda sorğu aparıb. Aeroportun daxili məkanı rəyi soruşulanların istəkləri əsasında yenidən qurulub. Bu gün Paris aeroportunda sərnişinləri onların gözləntilərinə uyğun təchiz edilmiş yeni terminal qarşılayır. İşıqlı terminal çox geniş və rahatdır, burada çoxlu oturacaq və kreslo qoyulub, müxtəlif kafe və restoranlar, pulsuz Wi-Fi var, döşəmədən başlayıb tavanadək davam edən pəncərələrdən gələn təyyarələri görmək mümkündür. Hər yerdə oyun avtomatları və “Sony PlayStation” əlavələri qoyulub. Böyüklər də, uşaqlar da bu oyun vasitələrindən pulsuz istifadə edirlər. Aparıcı brendlərin 100-dən çox mağazasında əyləncəli alış-veriş reys başlayana qədər asudə vaxtı maraqlı keçirməyə kömək edir.

Kiçik biclik: aeroportun mağazalarında və informasiya mərkəzlərində Parisin xəritəsi və güzəştli qiymətlər üçün müxtəlif kuponları olan kitabçanı (o cümlədən rus dilində) təmənnasız əldə etmək olar. Biz öz kitabçamızda Parisin ən tanınmış qənnadı şəbəkələrindən birindən - “Laderee”dən üç pulsuz “makaron” (fransız pirojnası) üçün kupon aşkar etdik və dərhal da bu kuponlardan yaralanıb pirojnaları həzm-rabedən keçirdik.

Paris aeroportu o qədər böyükdür ki, terminallar arasında pulsuz qatarlar şütüyür. Əgər tranzit sərnişinsinizsə, terminallardan birində yerləşən yeni oteldə nömrə tuta bilərsiniz. Özü də vacib deyil ki, onu bir gecəliyə tutasınız. Bir neçə saatlığa da götürmək olar. Bu müddət ərzində yatıb dincələ, yaxud özünüzü qaydaya sala bilərsiniz. Duş kabinəsi icarəyə götürmək, yaxud vanna qəbul etmək də olar. Xəyallarınızdakı hava limanı deyil, bəs nədir?

Aeroportdan Parisin mərkəzinə gəlmək üçün əvvəlcə dəmir yolu qatarına minmək, sonra dəmir yolu ilə metro xətlərinin kəsişdiyi stansiyada metro qatarına oturmaq lazımdır. Yaxşı olar, otelinizin hansı metro stansiyasının yaxınlığında yerləşməsi barədə qabaqcadan məlumatlı olasınız. Otelimiz “Plaza Athenee” Yelisey bağının yaxınlığında, metronun “Alma Marceau” stansiyasının böyründəki nüfuzlu Avenyu-Monten küçəsində yerləşir. Yeri gəlmişkən, otel hər baxımdan təqdirəlayiqdir. Onun pəncərələrindən Eyfel qülləsi bütün boyu bərabərində görünür. Oteldən qülləyə qədər piyada yeddi-səkkiz dəqiqəlik yoldur. “Dorchester Collection” şəbəkəsinin bu beşulduzlu otelini məşhurlar əbəs yerə bəyənmirlər. Mehmanxananın 100 ildən çox tarixi ərzində daha kimlər burada müsafir olmayıb: Marlen Ditrix, Jaklin Kennedi, İv Sen-Loran, Kim Beysinger, Morqan Friman və neçə-neçə məşhur şəxsiyyətlər. Bunu onların foyedə divardan asılmış fotoları da təsdiq edir. Bir çox məşhur filmlərin, o cümlədən Ceki Çanın iştirakı ilə “Pik saatı 3” filminin bu oteldə çəkilməsi də bizi heyrətləndirdi.

Bu cür səviyyəli və zəngin tarixli otellərdə olanda nömrədən çıxmaq istəmirsən. Amma əgər pəncərədən boylanan Paris səni səsləyirsə, bu əfsanəvi şəhəri yaxından tanımağa yollanmaqdan başqa seçimin qalmır.

Gəzinti kateri və Eyfel qülləsinin sirləri

Tanımadığın yerə bələd olmağın ən yaxşı üsulu, heç şübhəsiz, ekskursiyadır. Fərqi yoxdur, piyada, yaxud da avtobusda. Amma əgər şəhərin mərkəzindən bol sulu çay axırsa, ən yaxşı seçim kruizdir, axı bu cür gəzinti səadəti hər yerdə nəsib olmur. Parisin ən gözəl avenyusunun ərazisindən axan Sena çayı boyu içərisi turistlə dolu olan çoxlu gəzinti katerləri üzür. Kruiz xidmətlərini bir sıra şirkətlər göstərir. Onların ən məşhurları “Bateaux-Mouches” və “Bateaux Parisiens” adlı iki qocaman firmadır. Biz 1949-cu ildən fəaliyyət göstərən “Bateaux-Mouches” (Bato-muş “Yarasa”) firmasını seçdik. Burada adambaşına 75 avrodan başlayan qiymətlərə nahar da daxil idi ki, bu da bizi tam razı salırdı.

Budur Parisə qaranlıq çökür. “Jan-Sebastyan Muş” donanmasının əsas gəmisi açılır və yavaş-yavaş körpüdən aralanmağa başlayır. Gəzintinin marşrutu paytaxtın ən görməli yerlərini - Eyfel qülləsini, Notrdam kilsəsini, Luvr muzeyini, Zəfər tağını və bir çox digər yerləri gəmidən seyr etməyə imkan verir. Qonaqlar gəminin şüşəbəndli göyərtəsinə qədəm qoyan kimi onları dərhal qab-qacaq düşülmüş masalar arxasında otuzdururlar. Arzu edənlər göyərtənin açıq hissəsinə qalxıb unudulmaz mənzərələrdən zövq alırlar.

Amma katerimizin altından üzüb keçdiyi körpülər bizi daha çox heyrətləndirdi. Sena çayı Parisi iki hissəyə ayırır. Burada körpülər dekorativ rol oynamır, sakinlərin bir sahildən digər sahilə keçməsinə kömək edir. Paris körpüləri də diqqətəlayiq yerlərdir, axı onların hər biri özündə Fransa tarixinin kiçik parçasını yaşadır. Yeni körpü (1578), Kral körpüsü (1685-1689), III Aleksandr körpüsü (1896), İncəsənət körpüsü və bir-birinə bənzəməyən onlarca başqa körpü (cəmi 38 körpü). Sena çayında kruiz təkcə bu körpülərə görə nəyə desən dəyər.

İşıldayan çay sularında aramla üzən gəmi sərnişinlərdə gözqamaşdıran Parisin ümumi mənzərəsini canlandıran zaman ofisiantlar kulinariya sənətinin bütün qaydalarına uyğun tərtib edilmiş menyudakı ləziz təamları skripka və fortepiano musiqisinin sədaları altında sərnişinlərə təqdim edirlər. Turistləri ilk növbədə Fransa paytaxtının ən hündür tikilisi və rəmzi olan gözəl Eyfel qülləsi cəlb edir. Bu arxitektura abidəsinin hündürlüyü 324 metr, çəkisi 10 min 100 tondur. Qüllə bir il ərzində 7 milyona qədər müsafir qəbul edir və dünyada adamların ən çox gəldiyi pullu monument sayılır.

1889-cu il Ümumdünya sərgisi üçün müvəqqəti tikili kimi Qustav Eyfel tərəfindən ucaldılan qüllə texniki tərəqqini nümayiş etdirmək məqsədi daşıyırdı. Qüllə 20 il sonra sökülməli idi. Onu radionun ixtira olunması xilas etdi. Nəhayət, bu qüllədən istifadə yolu tapıldı: 1898-ci ildə qülləyə radioötürücülər bərkidildi; 1903-cü ildə qüllədən hərbi radio kimi istifadə olunurdu; 1925-ci ildə isə qüllədən ictimai radionun birinci proqramı yayımlandı.

Abidə 1980-ci illərdən müntəzəm təmir edilir, bərpa olunur və getdikcə artan müsafirlərin ehtiyaclarına uyğunlaşdırılır. Belə ki, hər yeddi ildən bir qülləyə xüsusi rəng çəkilir. Çalarına görə açıq qəhvəyi rəngi xatırladan rəng elə belə də adlanır: “Eyfel qülləsi rəngi”. Qüllə axşam saatlarında qızılı işıq saçır. 2003-cü ildə qüllədə 20 min lampa quraşdırılıb. Şəhər qaranlığa bürünəndən saat 01:00-dək hər saatın ilk beş dəqiqəsində bu lampaların işıqları çox gözəl sayrışır.

Bu gün qülləyə gələnlər qiymətləri 7-17 avro arasında olan üç səviyyəyə qalxa bilərlər. Biz piar-menecerin müşayiəti ilə ən yüksək səviyyəyə eksklüziv ekskursiya etdik və həmin müddət ərzində soraq kitabçalarında qeyd edilməyən çoxlu maraqlı fakt öyrəndik. Tezliklə saytımızda Eyfel qülləsinə həsr olunmuş ayrıca reportaj oxuya bilərsiniz.

Turistləri Luvra təkcə “Mona Liza”mı cəlb edir?

Parisə gedib Luvrda olmamaq böyük qəbahətdir. Fransa krallarının möhtəşəm sarayında yerləşən bu muzey dünyanın ən böyük və ən populyar muzeyidir. Luvrun kolleksiyalarında saxlanılan, antik zamanlardan 1848-ci ilədək dövrü əhatə edən 350 min əsərdən muzeydə 35 mini nümayiş etdirilir. Luvrun kolleksiyaları təkcə böyük bir zaman kəsiyini deyil, həm də qədim Misir, Yunanıstan və Romadan tutmuş Yaxın Şərq, Afrika və Qərbi Avropayadək geniş coğrafi məkanı əhatə edir. Muzeyin ayrıca ekspozisiyası İslam dünyası incəsənətinə həsr olunub.

Luvrun əsas girişində - şüşə konstruksiyalı məşhur piramidanın qarşısında fotosessiyadan sonra muzeyə gələnlərin əsas kütləsi onun ən məşhur eksponatlarının axtarışına başlayır. Bu, ilk növbədə, dahi Leonardo da Vinçinin “Cokonda” əsəridir. Müsafirlərin “Mona Liza” haradadır?” sualı ilə muzeyin nəzarətçilərini yormamaları üçün hər yerə bu məşhur tablonun nümayiş etdirildiyi zalın yolunu göstərən nişanlar qoyulub. Əsər ətrafında həmişə ajiotaj var. Hamı yaxından baxmağa, bu obraz fonunda “şelfi” çəkmək üçün münasib yer tapmağa çalışır. Muzeydəki əsərlərin böyük əksəriyyəti gözlə görünən müdafiə vasitələri olmadan sərgiləndiyi halda, “Cokonda” gülləkeçirməz qalın şüşə arxasında gizlədilib. Hər iki tərəfində mühafizəçilər dayanıb. Görünür, Fransada 100 il əvvəl “Mona Liza”nın oğurlanması ilə bağlı kədərli hadisəni unutmayıblar. 1911-ci ildə bir italiyalı bu əsəri öz vətəninə qaytarmaq məqsədi ilə oğurlamışdı. Əsər tapıldı və Luvrda əvvəlki yerindən asıldı. Amma o vaxtdan “Mona Liza”nın populyarlığı daha da artdı və müvafiq olaraq muzeyin təhlükəsizlik tədbirləri də gücləndirildi.

Amma “Cokonda” Luvrun yeganə sərvəti deyildir. Burada çox yüksək mədəni və mənəvi dəyəri olan on minlərlə əsər nümayiş etdirilir. Sənət xiridarları günlərini bu muzeydə keçirərək, incəsənətin tarixini öyrənirlər. Rəssamlar isə heykəllərin ətrafında qrup şəklində oturub naturadan eskizlər çəkirlər. Qeyd edək ki, onlar üçün muzeyə giriş pulsuzdur. Amma turistlər bütün əsərlərə baxmağa macal tapmırlar. Odur ki, kəpənək kimi bir əsərdən başqa əsərə “qonurlar” ki, burada çəkdirdikləri koloritli şəkilləri də göstərərək qürurla desinlər: “Mən Luvrda olmuşam”.

Luvrun diqqətəlayiq ikinci əsəri tablo deyil, heykəldir. “Mona Liza”nın ətrafında vurnuxduqdan sonra turistlər Miloslu Veneranı görmək üçün onun axtarışına çıxırlar. Bəli, səhv etmədiniz, dünya şöhrətli həmin qolsuz gözəlin. Eramızdan əvvəl təxminən 130-100-cü illər arasında yaradılmış qədim yunan heykəli 1820-ci ildə o vaxtlar Türkiyəyə məxsus olan Milos adasında tapılıb. Yeri gəlmişkən, heykəlin qolları o tapıldıqdan sonra itirilib, “Venera kimə məxsus olmalıdır” barədə mübahisə edən türklərlə fransızların münaqişəsinin qurbanı olub. Nəticədə onu bir kolleksiyaçı alıb. Hazırda isə Luvrda nümayiş etdirilir. “Cokonda” kimi onu da tapmaq çətin deyil, çünki Miloslu Veneraya aparan yolu da göstərən çoxlu nişanlar qoyulub.

“Minimum proqramı” yerinə yetirdikdən sonra bir qədər rahatlamaq və Luvrun salonlarını arxayın şəkildə dolaşmaq olar. Muzeyin hər bir guşəsi təsvirəgəlməz gözəl əsərlərlə bəzədilib. Əgər Luvra getmək bir daha nəsib olsa, baxmalı-görməli şedevrlər çoxdur.

Son söz yerinə

Parisə səyahətimiz yenicə başlayır. Növbəti reportajımızda sizə aşağıdakı mövzulardan bəhs edəcəyik: Parisdə Bred Pitə harada təsadüf etmək olar? Eksklüziv fransız ətriyyatını ucuz qiymətə necə almaq olar? Disneylenddə ən qorxunc attraksion hansıdır? Və buna bənzər neçə-neçə maraqlı mövzu. Materiallarımızı izləyin!

Emil Eyyubov

AZƏRTAC

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub