Prezident İlham Əliyev: Serbiya və Azərbaycan hər zaman beynəlxalq arenalarda bir-birini dəstəkləyir
Bakı, 23 noyabr, AZƏRTAC
Serbiya ilə Azərbaycan hər zaman beynəlxalq arenalarda bir-birini müdafiə edir, dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir. Bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaq.