Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şərq qapısı” qəzetinin 100 illik yubileyi qeyd olunub

Naxçıvan, 18 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1iyun tarixli Sərəncamına əsasən dekabrın 18-də “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Şərq qapısı” qəzetinin 100 illik yubileyi münasibətilə kollektivi, muxtar respublikanın bütün mətbuat işçilərini, ziyalıları və oxucuları təbrik edərək deyib: 1921-ci ildə ilk nömrəsi nəşr olunan “Şərq qapısı” qəzeti şərəfli yol keçmiş, Azərbaycanda öz üslubu və yolu ilə seçilən mətbuat orqanı kimi böyük nüfuz qazanmışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin milli soykökə qayıdış siyasətinin tərkib hissəsi kimi qəzet də yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdə Sovetlər Birliyinin qatı senzura tələblərinə baxmayaraq qəzetin siyasi-ideoloji istiqamətində millilik üstün istiqamət kimi götürülmüş, xalqımızın tarixinə, milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılara geniş yer verilmiş, muxtar respublikanın iqtisadi və mədəni inkişafı qəzet səhifələrində dolğun əks olunmuşdur. Dahi şəxsiyyət Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti müstəqil dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuş, Azərbaycanın xilasını görkəmli dövlət xadiminin yenidən siyasi hakimiyyətə qayıdışında görmüşdür. Həmin illərdə Ümummilli Liderin milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvanda qəbul etdiyi tarixi qərarlar, muxtar respublikanın işğaldan qorunması və ağır iqtisadi şəraitdən çıxarılması sahəsində gördüyü işlər qəzetin xüsusi bülletenləri vasitəsilə bütün Azərbaycana çatdırılmışdır.

Ali Məclisin Sədri deyib: Təsadüfi deyil ki, hələ Sovetlər Birliyinin dağılmadığı bir vaxtda - 1990-cı ildə “Şərq qapısı” müstəqil mətbuat orqanı kimi fəaliyyət göstərmiş, qəzetdə proletar şüarları ilə deyil, milli birlik və müstəqillik çağırışları ilə yazılar dərc olunmuşdur. Qəzet öz səhifələrində dahi şəxsiyyətin müsahibə və çıxışlarına geniş yer ayırmaqla, bütövlükdə xalqımızın ictimai-siyasi ideyalarının formalaşması işinə mühüm töhfə vermişdir. Ulu Öndər “Şərq qapısı” qəzetinin 1990-cı il 26 iyul tarixli nömrəsində dərc olunmuş müsahibəsində demişdir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyə almışam. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.

“Muxtar respublikada qəzetçilik ənənələrinin inkişafında “Şərq qapısı”nın xüsusi xidmətləri olmuş, qəzetin yaradıcılıq məktəbini keçən böyük ziyalılar nəsli formalaşmışdır”, - deyən Ali Məclisin Sədri bildirib ki, bu gün “Şərq qapısı” qəzeti ilə yanaşı, muxtar respublikada 8 şəhər və rayon qəzeti, elm və ali təhsil müəssisələrinin qəzetləri, 3 televiziya, 3 radio, informasiya agentliyi və onlarla internet informasiya resursları fəaliyyət göstərir, media orqanlarında yüzlərlə jurnalist çalışır. Müstəqillik illərində ölkəmizdə mətbuatın və medianın inkişafı sahəsində görülən işlər “Şərq qapısı” qəzetini də əhatə etmiş, maddi-texniki bazası gücləndirilmiş, müasir redaksiya-nəşriyyat kompleksi istifadəyə verilmiş, yaradıcılıq imkanları və oxucu dövriyyəsi genişlənmişdir. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və sosial-mədəni həyatında mühüm yeri olan “Şərq qapısı” qəzetinin yubileyləri daim dövlət səviyyəsində qeyd olunmuşdur. Ümummilli Liderimizin 1996-cı il noyabrın 26-da “Şərq qapısı” qəzetinin 75 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrik məktubunda qeyd edirdi ki, “Şərq qapısı” qəzeti öz səhifələrində muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, əhalisinin qayğı, istək və arzularını dolğun əks etdirməklə oxucularının rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur”.

Ali Məclisin Sədri deyib: Bu gün tərəddüdsüz demək mümkündür ki, “Şərq qapısı” qəzeti Naxçıvanın muxtariyyət tarixini öyrənmək baxımından ən etibarlı mənbədir. Qəzetin 100 illik tarixində Naxçıvanın taleyi və müqəddəratı, çətinlikləri və uğurları əks olunub. İctimai nəzarət funksiyasını yerinə yetirən orqan kimi qəzet bu gün də muxtar respublikanın tanıdılması və təbliğində səmərəli fəaliyyət göstərir, sosial-iqtisadi və mədəni inkişafa öz töhfəsini verir. Qəzetçilik böyük zəhmət, xüsusi səy, peşəkar yanaşma, hadisələri obyektiv dəyərləndirmək, prosesləri qabaqlamaq və düzgün təhlil etmək bacarığı tələb edən sənətdir. Əgər ilk dəfə nəşrə başlayanda “Şərq qapısı” qəzetinin başlıca məqsədi cəmiyyətdə maarifçiliyə, elmi və mədəni tərəqqiyə nail olmaq idisə, bu gün qəzetin qarşısında bununla bərabər, həm də çevik informasiya siyasəti aparmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etmək, Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişaf və quruculuq salnaməsini yaratmaq və tarixləşdirmək kimi mühüm vəzifələr durur.

Ali Məclisin Sədri bu yolda mətbuat işçilərinə uğurlar arzulayıb, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolunu, çətinliklərini və uğurlarını təhlil edərək ictimaiyyətə düzgün çatdıran, eyni zamanda bunu kitab halında nəşr edən jurnalistlərə təşəkkürünü bildirib, qəzetin kollektivini yubiley münasibətilə bir daha təbrik edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova çıxış edərək deyib ki, 1921-ci ilin noyabrında “Cavanlar həyatı”, 1921-ci ilin dekabrından etibarən “Füqəra səsi”, 1922-ci ilin aprel ayından isə “Şərq qapısı” adı ilə nəşr olunan qəzet müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı ilə “Şərq qapısı” qəzetinin 75, 80, 85 və 90 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib, əməkhaqları bir neçə dəfə artırılıb, 2011-ci ildə 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilib, qəzetin əməkdaşları mənzillə təmin olunub. Bu gün “Şərq qapısı”nda təcrübəli jurnalistlərlə yanaşı gənc əməkdaşlar da çalışır. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamının icrası istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elmi konfrans keçirilib, bölmə ilə birlikdə “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı hazırlanıb, ümumilikdə yubiley münasibətilə qəzet əməkdaşlarının 6 kitabı işıq üzü görüb, yaradıcılıq müsabiqəsi keçirilib, mətbuatda silsilə məqalələr dərc olunub. Ümumilikdə yubileylə bağlı 13 tədbir keçirilib. Mehriban Sultanova Naxçıvan mətbuatının himayədarı kimi “Şərq qapısı” qəzetinin kollektivi, jurnalist və ziyalılar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edərək deyib ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması, nəinki jurnalistlərin, həmçinin ədəbi mühit nümayəndələrinin, ziyalıların və ictimaiyyətin böyük sevincinə səbəb olub. Müstəqillik illərində muxtar respublikada aparılan quruculuq tədbirləri kütləvi informasiya vasitələrini də əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı mətbuatın inkişafına öz parlaq töhfəsini verib. Sərəncamdan sonra muxtar respublikanın bütün mətbuat orqanları üçün əlverişli iş şəraiti yaradılıb, onların maddi-texniki bazası gücləndirilib. Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması isə qəzetlərin yaradıcılıq imkanlarının genişlənməsində və maliyyə təminatında mühüm əhəmiyyətə malikdir. Bu gün mətbuat işçiləri sabahımıza doğru gedən yolun tarixini uğurla yazırlar. Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir. Rövşən Hüseynov mətbuatın inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

“Şərq qapısı” qəzetinin müxbiri, Naxçıvan Dövlət Universiteti jurnalistika ixtisasının 3-cü kurs tələbəsi Məcid Ələkbərov tələbə-jurnalistlər adından minnətdarlıq edərək deyib: “Naxçıvan Dövlət Universitetində Ali Məclis Sədrinin təşəbbüsü və qayğısı ilə gənclər, o cümlədən jurnalistlər üçün hərtərəfli təhsil şəraiti yaradılıb. Jurnalistika ixtisasının açılması və Media Mərkəzinin yaradılması bu baxımdan xüsusi qeyd olunmalıdır. Ali Məclis Sədrinin müvafiq Sərəncamları ilə Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının tələbələri “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və “Şərq qapısı” qəzeti redaksiyasının hamiliyinə verilib. Mən də muxtar respublikamızın hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş gənc jurnalistlərindən biri kimi öz yaradıcılıq yoluma “Şərq qapısı” qəzetindən başlamışam. Müqavilə əsasında “Şərq qapısı” qəzeti redaksiyasında müxbir vəzifəsində çalışıram. Bu gün Naxçıvan mediasında təmsil olunan biz gənc jurnalistlər həm də ona görə özümüzü xoşbəxt hiss edirik ki, Ali Məclis Sədrinin qayğısı ilə əhatə olunmuş, yaradılmış müasir məktəb və universitetlərdə təhsil almış, yüksək iş şəraiti olan media orqanlarında əmək fəaliyyətinə başlamışıq. Naxçıvanda bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər isə özlüyündə təkcə bu sahədə mütəxəssis hazırlığı ilə qalmır, həm də cəmiyyətimizə minlərlə vətənpərvər vətəndaş qazandırır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 17 dekabr 2021-ci il tarixdə “Şərq qapısı” qəzeti işçilərinin əməkhaqlarının orta hesabla 20 faiz artırılması haqqında Sərəncam imzalayıb. Sərəncam tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

“Şərq qapısı” qəzetinin baş redaktoru Sultanova Mehriban Paşa qızına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı təqdim edilib.

Mehriban Sultanova deyib: “20 illik jurnalistlik fəaliyyətimdə cənab Prezident və Ali Məclisin Sədri tərəfindən barəmdə 3 təltif və 1 təyinat Sərəncamı verilib. Bütün bunlar taleyimdə mühüm rol oynayıb. Bundan sonra da mən və qəzetin kollektivi muxtar respublikanın inkişafını qəzet səhifələrində layiqincə əks etdirəcəyik”.

“Şərq qapısı” qəzeti ilə uzunmüddətli əməkdaşlıq edən, qəzetin Culfa rayon müxbiri vəzifəsində çalışmış, Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i Fərəc Fərəcova qəzetin 100 illik yubileyi ilə bağlı qiymətli hədiyyə təqdim olunub.

Fərəc Fərəcov minnətdarlıq edərək deyib: “Şərq qapısı” qəzetinin kollektivi ilə bağlı olmuşam. Mətbuat Şurasında çalışarkən Ali Məclis Sədrinin mətbuata göstərdiyi qayğının birbaşa şahidi oldum. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd olunması mətbuata, ziyalılara göstərilən qayğının bariz nümunəsidir”.

Tədbirdə Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə “Şərq qapısı” qəzetinin 2 əməkdaşı Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adı, qəzetin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 4 əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.

Ali Məclisin Sədri fəxri adın döş nişanını və vəsiqəsini, eləcə də “Rəşadətli əməyə görə” nişanını və vəsiqəsini təqdim edib.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adı ilə təltif olunan Səbuhi Həsənov bu adın ikiqat məsuliyyət olduğunu bildirib, göstərilən etimadı layiqincə doğruldacağına söz verib.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adı ilə təltif olunan Muxtar Məmmədov deyib: “2011-ci ildə “Şərq qapısı” qəzetinin 90 illik yubileyində mənzillə təmin olunmuşam. Azərbaycan Mətbuatının 140 illik yubileyində ölkə Prezidenti “Tərəqqi” medalı ilə təltif edib. “Şərq qapısı” qəzetinin 100 illik yubileyində isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adına layiq görülmüşəm. Bunu Naxçıvanda çalışan bütün mətbuat işçilərinə göstərilən qayğı kimi dəyərləndirirəm. Bundan sonrakı fəaliyyətimizdə də mətbuat işçiləri qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsində əzmlə çalışacağıq”.

“Rəşadətli əməyə görə” nişanı ilə təltif olunanlardan Çingiz Ağayev, Esmira Heydərova, Şərəf Mənsumova və Əsədulla Səfərov da minnətdarlıq ediblər.

Tədbirdə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə hazırlanmış sənədli filmə baxış olub.

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları “Şərq qapısı” qəzetinin 100 illiyinə həsr olunmuş sərgiyə baxıblar.

Sərgidə “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1iyun tarixli Sərəncamın və Tədbirlər Planının mətni, Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə hazırlanan “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı, “Şərq qapısı” qəzeti əməkdaşları və muxtar respublikanın media nümayəndələrinin əməkdaşları olmaqla, 12 müəllifin 17 kitabı, “Şərq qapısı” qəzetinin ilk nömrələrindən bu günə kimi olan nümunələri, eləcə də qəzetin inkişaf yolunu əks etdirən fotolar nümayiş olunub.

Ali Məclisin Sədri mətbuat nümayəndələri ilə səmimi söhbət edib, jurnalistika peşəsinin və mətbuatın əhəmiyyətini vurğulayıb, nəşr olunan kitabların dərs vəsaiti kimi istifadəsinin vacibliyini bildirib, bu illər ərzində səmərəli fəaliyyətlərinə görə muxtar respublika teleradio və mətbuat işçilərinə təşəkkür edib.

Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü Qahirə Hüseynova minnətdarlıq edərək deyib ki, əmək fəaliyyətimə 1980-ci ildə “Şərq qapısı” qəzetində başlamışam. Fəaliyyətimin 11 ili bu qəzetlə bağlıdır. İndi “Şərq qapısı” qəzeti əsl inkişaf dövrünü yaşayır. Jurnalistlərə göstərilən dövlət qayğısı, onların əməyinin qiymətləndirilməsi, mətbuat orqanları üçün yaradılan şərait və qəzetin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması bunun əyani təzahürüdür. Qürur duyuruq ki, Ali Məclis Sədrinin rəhbərliyi altında mətbuatı təmsil edirik.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova deyib ki, qəzetin 85 illik yubileyində mənim 19 yaşım var idi və qəzetdə əmək fəaliyyətinə başlamışdım.O zamandan 15 il ötüb. Bu illər ərzində Vətən sevgisi ilə yenidən qurulan Naxçıvanın canlı şahidlərinə çevrilmişik. Biz xoşbəxt jurnalistlərik ki, ömrünü Naxçıvanın inkişafına həsr edən Ali Məclis Sədrinin rəhbərliyi altında fəaliyyət göstəririk. Çalışacağıq ki, bundan sonra da yaradılanları, qurulanları tarixin yaddaşına köçürək.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib