"GəncTALKS"ın iştirakçısı: Güclü tərəflərinizi kəşf edin VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Əlil olandan sonra təhsilə üz tutdum, güclü tərəflərimi kəşf etdim. İnformasiya texnologiyaları üzrə təhsil aldım, bu sahədən gəlir əldə etməyə başladım. Ancaq sevdiyim peşə qrafik dizaynı oldu. Həm arzuma çatdım, həm də indi istədiyim işlə məşğulam.
Bunu AZƏRTAC-a açıqlamasında əlilliyi olan gənclər üçün motivasiya platforması - "GəncTALKS"da çıxış edən əlilliyi olan şəxs Ramin Binnətov bildirib.
Onun sözlərinə görə, hər kəs unikaldır və əlahiddə bacarıqları var. Uğura gedən yolundan danışan R.Binnətov çatdırmaq istədiyi ismarışı belə ifadə edib: “Fenomen deyiləm. Sadəcə dayanmamaq, davam etmək və özünü yenidən kəşf etmək lazımdır. Sərhəd qoymağı sevmirəm, sərbəst qrafikdə çalışıram. Üstün tərəfim budur ki, sərbəst çalışa bilirəm. Öz arzularına inanmaq, istəklər üzərində çalışmaq lazımdır. Qorxular hər zaman var. Qorxulardan çəkinsək, gərək hərəkət etməyək. Öz üzərinizdə çalışın, güclü tərəflərinizi kəşf edin”.
Xatırladaq ki, bu gün beynəlxalq “TEDx” formatında keçirilən "GəncTALKS" tədbirində müxtəlif sahələrdə uğur qazanmış əlilliyi olan şəxslər həyat və uğur hekayələrini bölüşərək gənclərə ilham, güvən və yeni baxış bucağı qazandırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [19:36]
TÜRKPA ilə TÜİB arasında əlaqələr daha da gücləndirilir
- 04.02.2026 [19:25]
Parklar arasında piyadaların hərəkəti: mövcud vəziyyət və yanaşmalar VİDEO
- 04.02.2026 [19:13]
Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib
- 04.02.2026 [18:18]
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- 04.02.2026 [18:11]
Sabunçu rayonunda oğurluq edən şəxslər saxlanılıblar
- 04.02.2026 [17:54]