ACARISTAN RƏHBƏRİ ŞAHMAT ÜZRƏ DÜNYA CEMPİONATININ İŞTİRAKÇILARININ VƏ QONAQLARININ TƏHLÜKƏSİZLİYİNƏ TƏMİNAT VERİR
Abaşidzenin sözlərinə görə, “Gürcüstanın beynəlxalq idman aləmində nüfuzu bu çempionatın keçirilməsindən asılıdır”. Gürcüstan Şahmat Federasiyasının prezidenti qrossmeyster Zurab Azmayparaşvili demişdir ki, “Tbilisi hüquqi baxımdan çempionatı ləğv edə bilməz və Gürcüstanın mədəniyyət və idman nazirinin yarışların ləğv olunması barədə bəyanatının heç bir əsası yoxdur”. Onun fikrincə, “mədəniyyət və idman siyasətdən kənar olmalıdır”. Z. Azmayparaşvili bunu da əlavə etmişdir ki, “bu il şahmat yarışları tamamilə təhlükəsiz olacaqdır, Acarıstanda heç bir silahlı quldur birləşməsi yoxdur”.
Gürcüstanın mədəniyyət və idman naziri Qoqa Qabaşvili isə bildirmişdir ki, “Tbilisi son vaxtlar Batumidə yaranmış şəraitdə dünya çempionatının orada keçirilməsini qeyri-mümkün hesab edir. Biz öz mövqeyimizi Beynəlxalq Şahmat Federasiyasına rəsmən bildirəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]