ADNA-nın tələbələrinə bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı mühazirələr oxunmuşdur
Bakı, 9 dekabr (AZƏRTAC). “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) illik fəaliyyət planına uyğun olaraq tullantıların idarə edilməsi haqqında əhalini maarifləndirmək məqsədi ilə mütəmadi tədbirlər keçirir.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) təşkil edilmiş növbəti maarifləndirmə tədbirində “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda mühazirələr oxunmuşdur.
“Təmiz Şəhər” ASC-nin ətraf mühitin mühafizəsi şöbəsinin əməkdaşları akademiyanın tələbələrinə bərk məişət tullantılarının idarə olunmasının ekoloji konsepsiyası, Balaxanıda inşa olunan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu və “İçərişəhərdə tullantıların çeşidlənməsi” layihəsi haqqında ətraflı məlumat vermişlər.
Gənc nəslin ekoloji tərbiyəsində ADNA ilə birgə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]