Ağacəkmə aksiyası: Gəlin hər birimiz bir ağac əkək
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də Milli Aviasiya Akademiyası (MAA), Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gəlin hər birimiz bir ağac əkək” adlı ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, MAA rektorunun köməkçisi Gülnarə Əhmədova, birinci prorektor Ədalət Səmədov və prorektor Rafiq Həsənov, eləcə də professor-müəllim heyəti, 100-dən çox tələbə iştirak ediblər. Aksiya çərçivəsində MAA rəhbərliyi və kollektivi tərəfindən minədək ağac əkilib.
Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər gələcəkdə də davam etdiriləcək.