Agentlik rəsmisi: Müəllimlərin işə qəbulu müsabiqəsi rəqabətli əsaslarla peşəkar müəllim seçir
Bakı, 14 avqust, AZƏRTAC
Müsabiqənin məqsədi bilik və bacarıqları yüksək, perspektivli müəllimləri tədris prosesinə qazandırmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsi rəqabətli əsaslarla peşəkar müəllim seçir.
“Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Rəqabətli əsaslarla seçilən, müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar”, - deyə sektor müdiri qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]
Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]