AĞSUDA XATİRƏ KOMPLEKSİ AÇILMIŞDIR
Müharibə veteranlarının, rayon ictimaiyyəti nümayəndələrinin, qonaqların iştirak etdiyi mərasimdə əbədi məşəl alovlandırıldı. Abidə kompleksində şəkilləri qara mərmər üzərində həkk olunmuş 80 nəfər ağsulu şəhidinin xatirəsi yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Əflatun Rufiyev, Milli Qəhrəman Yusif Əliyevin atası Əliyusif Əliyev və başqaları şəhidlik zirvəsinə ucalan insanların xatirələrdə əbədi yaşayacaqlarını, daim hörmət və ehtiramla yad olunacaqlarını bildirmişlər.