Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AITF-2013” Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi-turizm sənayesinin uğurlu bələdçisi

Bakı, 8 aprel (AZƏRTAC). Aprelin 4-dən 6-dək “Bakı Ekspo” sərgi və toplantı mərkəzində keçirilən “AITF-2013” Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “Horex Caucasus-2013” 7-ci Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgilərinin turizm potensialının inkişafı və məlumatlılığın artırılması baxımından rolunu xüsusi qeyd etmək lazımdır.

Sərginin daim möhkəmlənən imici xarici sahibkarların bu tədbirə göstərdikləri maraq, sərgi sahələrinə tələbatın artması və yeni eksponentlərin iştirakı ilə müəyyən olunur.

Sərginin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçılarının sayının artdığını vurğulayaraq demişdir ki, bu amil ölkəmizdə turizm hərəkatının daimi inkişafından və dünyanın aparıcı turoperator ölkələrinin Azərbaycana böyük diqqət yetirdiyindən xəbər verir. Sərgidə iştirak edən ölkələrin coğrafiyası isə ildən-ilə genişlənir. Bunu yenicə başa çatmış sərginin yekunları bir daha sübut edir. “AITF-2013” sərgisində 35 ölkədən 60-dan çox istiqaməti təmsil edən 251 şirkət iştirak etmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “ITE Group plc” və onun tərəfdaşı “Iteca Caspian” MMC tərəfindən təşkil olunan sərgidə Azərbaycanın diqqətəlayiq turizm marşrutu kimi zəngin turizm potensialı əyani şəkildə nümayiş etdirilmiş, 2013-cü ilin turizm mövsümündə yeni üfüqlər açılmışdır. Yerli eksponentlər, o cümlədən “Millennium Tourism & Congress DMC”, “Gilan Turizm”, “N-Travel”, “SilkWay Travel” və s. şirkətlər həm xaricdə, həm də Azərbaycan ərazisində istirahətin təşkili üzrə xidmətlərin tam çeşidini təklif etmişlər.

Azərbaycanın öz iqlim xüsusiyyətləri, təbii sərvətləri və çoxmillətli mədəniyyəti olan iyirmidən çox regionu məhsullarını, habelə istirahət zonalarının, otel və pansionatların cəlbedici təklifləri ilə çıxış edərək, yay istirahəti üçün ən maraqlı marşrutu müəyyən etmək istəyən yerli və xarici turizm şirkətlərinin və çoxsaylı ziyarətçilərin diqqətini cəlb etmişdir. Musiqi və mahnı sədaları altında qarşılanan, milli şirniyyatlara qonaq edilən və bütün istək və arzuları nəzərə alınan potensial müştəridə istər-istəməz əla xidmətə və unudulmaz təəssüratlara zəmanət verən təşkilata qarşı rəğbət və hörmət hissi yaranır.

Səyahətlər aləminin müasir təchizatçılarını da turizm məhsullarının satışında tətbiq olunan bu cür yanaşma tərzi birləşdirir. Buna görə də Azərbaycana bu qədər böyük maraq göstərilir, onun tərəqqisi və çiçəklənməsinə bu qədər böyük inam bəslənilir. Bu da öz növbəsində işgüzar təkliflərin və gələcək əməkdaşlığın yeni dalğasını gətirir.

Təqdirəlayiq haldır ki, sərginin daimi iştirakçıları ilə yanaşı, bu dəfə Mərakeş, Macarıstan, Sloveniya, Monteneqro, Tailand, Monako, Tunis və Fransanın təmsilçiləri ilk dəfə Bakıya səfər etmişlər. Onları turizm sahəsində davamlı əlaqələr qurmaq və Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq konsepsiyasını işləyib hazırlamaq arzusu birləşdirir. Türkiyə, Gürcüstan, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Malayziya və bir sıra digər ölkələrdən olan ənənəvi sərgi iştirakçıları bu cür biznes planlarının uğur qazanacağına inamlarını ifadə etmişlər.

İyirmi ölkəni təmsil edən çoxlu sayda milli stendin iştirakı da “AITF” sərgisinin artan nüfuzunu bir daha göstərmişdir. “Azerbaijan Airlines”, “Turkish Airlines”, “China Southern Airlines”, “Air Astana”, “Adria Airways” (Sloveniya) və s. aviaşirkətlər sərgidə ayrıca stendlərlə iştirak etmişlər.

Bir çox beynəlxalq ekspertin və bu sahə üzrə ixtisaslaşan peşəkar mütəxəssislərin qənaətinə görə, sərgi zamanı “Bakı Ekspo” sərgi və toplantı mərkəzinin pavilyonlarında rahat şərait və məsuliyyətli xidmət sayəsində olduqca səmimi və mehriban ab-hava hökm sürmüşdür. Belə bir şəraitdə isə bu il əsasən turizm sahəsinin mütəxəssislərindən ibarət olan ziyarətçilərə ən yaxşı təəssürat bəxş etmək istəyi yaranır.

İndoneziyalıların bambukdan hazırlanmış ksilofon alətində çox gözəl ifaları isveçrəlilərin qonaq etdikləri dadlı və isti yeməklə elə bil rəqabətə girmişdi... Şərq bəzək məmulatlarını taxmaq, Qərb ölkələrinin eksklüziv içkilərini, zərif şərabları və ətirli qəhvələri dadmaq, tərəvəz və meyvələrdən düzəldilmiş çox mahir “heykəltəraşlıq” nümunələrinə tamaşa edərək zövq almaq imkanını isə pulsuz yollayışlardan və nəqliyyat biletlərindən ibarət uduşlar təklif edən oyunların bəxş etdikləri xoş həyəcan tamamlayırdı.

Sərgi çərçivəsində ənənəvi görüşlər keçirilmiş, əməkdaşlıq müqavilələri imzalanmış, habelə yeni turizm proqramları və qiymət siyasəti müzakirə olunmuşdur. Bir çox debütant şirkətlər sərginin müsbət cəhətlərini layiqincə qiymətləndirdikləri üçün “AITF” sərgisində gələcəkdə də iştirak etmək istədiklərini bəyan etmişlər.

Əlbəttə, ənənəvi təqdimatlar sərginin qonaqları və iştirakçıları tərəfindən rəğbət hissi ilə qarşılanmışdır. Avropa İttifaqının “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində turizm şöbəsinin imkanlarının genişləndirilməsi” adlı Tvinninq layihəsinin təqdimatı isə daha əlamətdar bir hadisəyə çevrildi. Ümumilikdə 0,9 milyon avroluq büdcəyə malik olan 15 aylıq layihə Litvanın Turizm üzrə Dövlət Departamenti və Avstriya Federal Təchizat Agentliyi tərəfindən həyata keçiriləcəkdir.

Sərgi çərçivəsində Yunanıstanın “Aegean Airlines” aviaşirkəti mayın 28-də açılması planlaşdırılan Bakı-Afina birbaşa aviareysini, Azərbaycanın milli hava daşıyıcısı AZAL isə Bolqarıstana yeni aviamarşrutu təqdim etmişlər. Macarıstan stendində verilən məlumata görə, bu ilin yay ayında həftədə iki dəfə həyata keçiriləcək Budapeşt-Bakı birbaşa aviareysinin açılması planlaşdırılır. Demək olar ki eyni vaxtda, yəni iyun ayında Azərbaycan və Monteneqro arasında həftədə bir dəfə birbaşa çarter reysləri həyata keçiriləcəkdir.

Sərgidə, həmçinin Azərbaycanda öz bazarını genişləndirmək və qonşu ölkələrlə iqtisadi və ticarət əlaqələrini fəallaşdırmağı planlaşdıran İranın “Araz” azad iqtisadi zonasının imkanları da nümayiş etdirilmişdir.

Beləliklə, “AITF-2013” sərgisi bu il də müxtəlif ölkələrin turizm ekspertlərinin və səyahət həvəskarlarının, o cümlədən aparıcı turizm şirkətlərinin və sahibkarların beynəlxalq görüş yerinə çevrilmişdir. “Horex Caucasus-2013” sərgisi isə qısa müddət ərzində qonaqpərvərlik sahəsində yeni xidmətlərin aparıcı istehsalçıları və distribütorları ilə tanış olmaq, səmərəli müqavilələr imzalamaq və etibarlı podratçılar əldə etmək üçün nadir imkan yaratmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir