Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Arif Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Bakı, 19 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda görkəmli alim, Əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü Arif Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”), Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi və ETN İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub. Tədbirdə institut və təşkilatların rəhbərləri, alim və mütəxəssislər, media nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək görkəmli akademik Arif Mehdiyevin elmi və dövlətçilik fəaliyyəti haqqında məlumat verib. AMEA-nın prezidenti qeyd edib ki, akademik Arif Mehdiyev mühüm innovativ layihələrin rəhbəri kimi Yerin kosmosdan tədqiqinin texniki vasitələrinin işlənib hazırlanmasının elmi prinsiplərini müəyyənləşdirib, bir sıra müxtəlif təyinatlı məlumat-ölçü komplekslərinin hazırlanmasında və kosmik məlumatların emalında yeni texnologiyaların, o cümlədən coğrafi məlumat sistemləri texnologiyalarının tətbiqi sahəsində yüksək nəticələr əldə edib. İsa Həbibbəyli Arif Mehdiyevin fəaliyyətinin müəyyən bir dövrünün AMEA ilə bağlı olduğunu qeyd edərək, alimin 2001-2007-ci illərdə akademiyanın vitse-prezidenti kimi fəaliyyət göstərdiyini bildirib. AMEA rəhbərinin sözlərinə görə, A.Mehdiyevin yorulmaz elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, alim Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. Həmçinin Akademik Arif Mehdiyev “Y.Məmmədəliyev adına medal”, BMA-nın “Böyük qızıl medalı”, “Şərəf nişanı” ordeni, Belarusun “Fransisk Skorina” medalı ilə təltif edilib.

AMEA-nın prezidenti zəngin elmi irsə malik alimlərimizdən olan akademik Arif Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiyanın keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib, tədbirin görkəmli alimin ruhuna ehtiramın nümunəsi olduğunu vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayev akademik A.Mehdiyevin təkcə dövlət xadimi kimi deyil, eləcə də elm, texnika və təhsil sahəsindəki fəaliyyəti və fədakar əməyi ilə seçilən görkəmli ziyalılarımızdan olduğunu diqqətə çatdırıb: “Görkəmli dövlət xadimi A. Mehdiyev 2002-ci ildən ömrünün sonunadək AR Prezidenti yanında AAK-ın sədri vəzifəsində çalışıb, həmin illərdə beynəlxalq aləmdə Azərbaycan elminin səviyyəsinin və nüfuzunun yüksəldilməsi istiqamətində mühüm töhfələr verib”.

Milli Aerokosmik Agentliyin baş direktoru, professor Natiq Cavadov akademik A.Mehdiyevin agentliyin yaradılmasında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib. Bildirilib ki, 1992-ci ildə görkəmli alimin təşəbbüsü ilə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin bazası əsasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılıb və A. Mehdiyev 2003-cü ilədək həmin agentliyin baş direktoru vəzifəsində çalışıb. Professor N.Cavadov akademik A.Mehdiyevin səyləri nəticəsində Milli Aerokosmik Agentliyin əməkdaşlarının dünyanın müxtəlif ölkələrinin müvafiq kosmik tədqiqatlar mərkəzlərinin işi ilə yaxından tanış olduqlarını, Yerin kosmosdan öyrənilməsi istiqamətində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzlərində ixtisasartırma kursları keçdiklərini söyləyib.

Milli Aviasiya Akademiyasının I prorektoru, professor Ədalət Səmədov çıxış edərək görkəmli alim Arif Mehdiyevin Akademiyanın Aerokosmik Monitorinq kafedrasına rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi mühüm tədbirlər haqqında məlumat verib.

Professor Ə.Səmədov qeyd edib ki, akademik Arif Mehdiyev açıq layihələrlə yanaşı, uzun müddət hərbi təyinatlı məlumat-ölçü komplekslərinin yaradılması üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin yerinə yetirilməsinə də rəhbərlik edib. O, kosmik fəzanı tədqiq edən peyk cihazlarının yaradılmasında da yaxından iştirak edib.

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov ölkəmizdə kosmik tədqiqatların əsasını qoyan və bu sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş görkəmli dövlət xadimi Arif Mehdiyevin elmi məktəb yaratdığını bildirib, akademikin elmi irsini Azərbaycan elminin yüksək nailiyyəti kimi qiymətləndirib. Vurğulayıb ki, alimin rəhbərliyi ilə hazırlanmış yerüstü və təyyarə məlumat-ölçü kompleksləri “Günəş-84” Beynəlxalq Eksperimentində istifadə ilə yanaşı, kosmonavtları kosmosda uçan zaman peykaltı ölçmələrlə təmin edib.

Daha sonra tədbirdə AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək kosmik, aviasiya və informatika elmləri sahəsində görkəmli alim A.Mehdiyevin Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən söz açıb. Akademik A.Mehdiyevin elmi araşdırmalarının yarımkeçiricilər fizikası ilə yanaşı, kosmik informasiya sahəsi ilə sıx bağlı olduğunu deyən AMEA-nın vitse-prezidenti tanınmış alimin Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə öyrənilməsinə dair fundamental əsərlərin müəllifi olduğunu söyləyib.

Akademik Rasim Əliquliyev diqqətə çatdırıb ki, A.Mehdiyevin rəhbərliyi ilə aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması və təqdimatı sahəsində uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri aparılıb. Alim A.Mehdiyevin bir sıra aerokosmik eksperimentlərin təşkilatçısı və elmi rəhbəri kimi də tanındığını vurğulayaraq, onun tədqiqatlarının elmdə yeni istiqamət olan kosmik informatikanın formalaşması və inkişafına xüsusi töhfələr verdiyini diqqətə çatdırıb. Akademik Arif Mehdiyevin 300-dən artıq elmi əsərin, o cümlədən 50-dək patentin müəllifi olduğunu, alimin rəhbərliyi ilə 20-dək fəlsəfə doktoru və 5 elmlər doktorunun hazırlandığını qeyd edib. Həmçinin tanınmış alimin zəngin elmi irsinin qorunub saxlanması və təbliği istiqamətində təkliflərini səsləndirib.

Tədbirdə Azərbaycanın Əməkdar mühəndisi, geologiya-mineralogiya elmləri doktoru Ülvi Mehdiyev də çıxış edərək, A.Mehdiyevin dövlət, cəmiyyət, eləcə də elmi və pedaqoji ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunmuş bütöv bir şəxsiyyət olduğunu bildirib, tanınmış alimin xatirəsinin hər zaman qəlblərdə yaşayacağını inamını ifadə edib.

Sonda akademik A.Mehdiyevin ailə üzvləri ilə xatirə şəkli çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir