Aleksander Zverev ilk dəfə “US Open” turnirinin finalına vəsiqə qazanıb
Bakı, 12 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 12-də tennis üzrə “Böyük dəbilqə” seriyasından olan ABŞ açıq turnirində (US Open) kişilər arasında ilk finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirin ilk yarımfinal görüşündə Aleksander Zverev (Almaniya) və Pablo Karreno-Bustu (İspaniya) üz-üzə gəliblər.
Üç saat 22 dəqiqə davam edən gərgin görüş almaniyalı tennisçinin qələbəsi ilə başa çatıb - 6:3, 6:2, 3:6, 4:6, 3:6.
Aleksander Zverev turnirin həlledici görüşündə Daniel Medvedev (Rusiya) və Dominik Tim (Avstriya) cütün güclüsü ilə qarşılaşacaq.
Turnirə sentyabrın 13-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]