Ali təhsilin bakalavr pilləsində antidopinq bilikləri tədris ediləcək
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə təhsil alan bakalavr tələbələrinə “İdmanda dopinq nəzarəti” seçmə fənni tədris ediləcək.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə Akademiyanın Tibbi-bioloji elmlər kafedrasının müəllimləri üçün agentliyin mütəxəssisləri tərəfindən “Antidopinq tədris proqramı” həyata keçirilir.
Proqramı uğurla tamamlayan müəllimlər Akademiyada “İdmanda dopinq nəzarəti” fənnini tədris edəcəklər. Bundan əlavə, onlar antidopinq maarifləndirməsi ilə bağlı lazımi tədris materialları ilə təmin ediləcəklər.
Qeyd edək ki, AMADA bu sahədə ADBTİA ilə 2019-cu ildən əməkdaşlıq edir və magistr pilləsində təhsil alan tələbələr üçün agentliyin mütəxəssisləri tərəfindən antidopinq tədris proqramı keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]