Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün yekunlaşır
Bakı, 15 mart, AZƏRTAC
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) qeyd olunan vaxta kimi DİM-in saytına daxil olub "Abituriyentin elektron ərizəsi”ni doldurmalı və təsdiq etməlidirlər. Ərizələrini sənəd qəbulu komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər isə bu gün saat 17:00-dək hər hansı bir SQK-ya müraciət edə bilərlər.
Bu gün saat 11:30-a olan məlumata əsasən, 111 min 373 abituriyent öz ərizəsini təsdiq edib. 5183 abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, hələlik təsdiq etməyib. Həmin abituriyentlərə ərizəni təsdiq etmək tövsiyə olunur.
Qəbul elanının tam mətni, SQK-lərin ünvanları, tələb olunan sənədlər və digər zəruri məlumatlar DİM-in saytında yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]