Alimlərdən xəbərdarlıq: marixuana DNT quruluşunu dəyişdirir
Bakı, 26 iyul, AZƏRTAC
Narkotik maddələrdən istifadənin insan sağlamlığına istər fiziki, istərsə də psixoloji zərər vurduğu artıq məlumdur. Ancaq son araşdırmalar göstərir ki, narkotik maddələr insanın nəinki özünə, onun dünyaya gələcək övladlarına da zərər vurmağa qadirdir.
AZƏRTAC “SciTechDaily” saytına istinadən xəbər verir ki, “Northwestern Medicine” qurumunun ən son araşdırmalarına görə, marixuanadan uzunmüddətli istifadə edildiyi halda insanın DNT quruluşu zədələnir. Dəyişikliyə uğramış yeni DNT dünyaya gələcək körpənin genetik mirası sayılır. Araşdırmaçılar 900 yeniyetmədən götürdükləri qan nümunəsinin təhlili zamanı bu qənaətə gəliblər. Tədqiqatın iştirakçılarından Dryu Nannini, həmçinin bu yeniyetmələrin digər yaşıdlarına nisbətən daha yüksək qan xərçəngi riski daşıdıqlarını müəyyən edib.
Ən son statistik məlumatlara görə, hazırda ABŞ-da əhalinin təxminən 48 milyon nümayəndəsi uzunmüddətli marixuana istifadəsindən əziyyət çəkir ki, bu da ümumilikdə əhalinin 18 faizini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2023 [11:40]
Alimlər suyu təmizləyən “Ağıllı pas” nanohissəcikləri hazırlayıblar
- 17.08.2023 [16:14]
Kvant hesablamaları səs dalğaları formatında saxlamaq mümkün olacaq
- 17.08.2023 [11:53]
NASA-nın “Orion” kosmik gəmisi sınaqdan uğurla keçib
- 10.08.2023 [15:26]
“Horizon Avropa” proqramı çərçivəsində növbəti məlumat günü keçirilib
- 08.08.2023 [15:26]
Qaranlıq maddə və kainatın genişlənməsinə yeni baxış
- 08.08.2023 [12:13]
Süni intellekt texnologiyası insanların həyatına onlayn nəzarət edəcək
- 07.08.2023 [13:01]