Alman Birliyi: ABŞ-ın polad tarifləri Avropa bazarına təzyiqi artıracaq
Berlin, 11 fevral, AZƏRTAC
Alman Polad Sənayesi Assosiasiyası Prezident Donald Trampın ABŞ-a bütün polad və alüminium tədarüklərinə 25 faiz rüsum tətbiq etmək planlarından narahatdır.
AZƏRTAC xəbər verir ki, bu barədə assosiasiyanın bəyanatında bildirilib.
“ABŞ Prezidentinin polad idxalına tariflər elan etməsi Almaniya və Aİ-nin polad sənayesinə zərbədir. Aİ-nin vahid, sistemli və sürətli şəkildə hərəkət etməsi indi vacibdir. ABŞ-ın açıqladığı polad tarifləri istehsal həcminin Avropaya yönləndirilməsinə gətirib çıxaracaq. Bu da Çinin həddindən artıq istehsal gücü fonunda idxal təzyiqini daha da artıracaq”, - bəyanatda qeyd edilib.
Tramp daha əvvəl bildirmişdi ki, ABŞ-a bütün polad və alüminium tədarüklərinə 25 faiz rüsum tətbiq etmək niyyətindədir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]