Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanı kəşf edirik: Berlin – paytaxt həyatının mərkəzində VİDEO

Bakı, 22 avqust, AZƏRTAC

Berlinə axşam vaxtı çatdıq. Əvvəlcə şəhər bizə sərt təsir bağışladı: demək olar ki, ins-cins gözə dəyməyən küçələr, boz evlər, yağış... Rahat, səliqəli Baden-Badendən və Düsseldorfdan sonra Almaniya paytaxtında sanki daş cəngəlliyə düşmüşdük. Lakin ertəsi gün Berlinin obrazına xoş çalarlar əlavə olundu. Rusdilli bələdçinin müşayiəti ilə velosipedlə ekskursiya bu mürəkkəb şəhərin keçmişi və bu günü ilə tanış olmağa kömək etdi. Daha sonra Reyxstaq günbəzinə qalxmağımız, Aleksanderplats adlı izdihamlı meydana, zooparka və dünyada ən böyük örtülü akvaparka getməyimiz sayəsində Berlin səfərimiz həqiqətən unudulmaz oldu.

Hüzn divarı, Xak həyətləri və Aleksanderplas

Bizim qaldığımız otel Fridrixştrasse vağzalının yaxınlığında yerləşir. Eyni adlı küçə də buradan başlanır. Şəhər Berlin divarı ilə bölünəndən sonra yaradılmış məşhur Çekpoynt Çarli (ingiliscə “Checkpoint Charlie” adlanır) sərhəd nəzarət-buraxılış məntəqəsi məhz bu küçədə yerləşirdi. Avropada ən iri və müasir dəmiryol vağzalı olan Hauptbanhof (Hauptbahnhof), Reyxstaqın binası və digər görməli yerlər, gəzinti gəmilərinin üzdüyü Şpre çayı - bunlar hamısı yaxınlıqdadır.

Ekskursiya agentliyinə yollanırıq. Orada bizim üçün Berlin üzrə velosiped turu sifariş edilib. Bizə bir rusdilli bələdçi və iki velosiped ayırırlar. Vəzifəmiz sadədir: pedalları fırlatmaq, bələdçidən geri qalmamağa çalışmaq lazımdır. Maraqlı abidələrin və görməli yerlərin yaxınlığında dayanıb nəfəsimizi dərir və bələdçinin söhbətinə qulaq asırıq.

İlk növbədə Bernauer-ştrasse küçəsi ilə hərəkət edirik. 1989-cu ilə qədər şəhəri iki hissəyə bölmüş Berlin divarının sərhədi beton hasarla nişanlanıb. Burada divar memorialı yerləşir. Ziyarətçilər bu divarın tarixi barədə ətraflı məlumat ala bilərlər. Yaxınlıqdakı əraziyə nəzarət edilən orijinal gözətçi vışkalarından biri hələ də qorunub saxlanır. Binaların üzərindəki çoxsaylı ağ-qara fotoreproduksiyalar mübaliğəsiz olaraq xalqın faciəsi adlandırıla biləcək bu hadisəni əyani şəkildə əks etdirir. Şəhərdə bu divarın və ya buraxılış məntəqələrinin fraqmentləri qalan başqa yerlər də var. Açığını deyim, belə yerlərə getməyimiz və soyuq müharibə dövründə bu ölkənin tarixi ilə tanışlıq bizə çox ağır təsir bağışladı.

Bir qədər dincəlmək üçün Bernauer-ştrasse və Bryunen-ştrasse küçələrinin tinindəki Ost-Vest kafesinə baş çəkdik. Amma özümüzü yenə rahat hiss etmədik. Kafenin interyeri Almaniya Demokratik Respublikası eklektikasına uyğun tərtib edilib, divarlarda həmin dövrə aid çoxsaylı fotoşəkillər, qəzetlərdən kəsilmiş məqalələr və məişət əşyaları diqqəti cəlb edir.

Marşrutumuzun sonrakı hissəsi Xak həyətlərindən keçir. Mitte rayonunda yerləşən bu həyətlər Almaniyada qapalı həyətlərdən ibarət ən iri memarlıq kompleksidir. Burada insanın gözü həqiqətən dincəlir. Yüz il bundan əvvəl tikilmiş və gözəl tərtibatlı səkkiz həyət sənaye və yaşayış təyinatlı binalar kompleksidir. Məsələn, birinci həyətdə təntənəli mərasimlər üçün zal, ikinci və üçüncü həyətlərdə fabrik binaları, yaşıllaşdırılmış daxili bloklarda balkonlu mənzillər yerləşir. Həmin dövrdə bu cür funksional təyinatlı binaların əlaqələndirilməsi nadir hadisə idi. Ötən əsrin 90-cı illərində bərpa edilmiş Xak həyətləri Berlində ən bahalı mülkə çevrilib. Bu gün buraya turistləri gətirirlər. Keçmiş fabrik sexləri ofis otaqlarına uyğunlaşdırılıb. Burada kiçik mağazalar və mədəniyyət müəssisələri fəaliyyət göstərir. Sakinlərin rahatlığının təmin edilməsi üçün gecələr həyətlər bağlanır.

Mənim fikrimi soruşsaydılar, 1805-ci ilin payızında burada olmuş Rusiya imperatoru I Aleksandrın şərəfinə adlandırılmış qədim Aleksanderplas meydanını Berlində ən ürəkaçan yer adlandırardım. Bu meydanda hər axşam əlvan yarmarkalar təşkil edilir. Onlarca çadırda müxtəlif ölkələrin - Almaniya, Hindistan, Türkiyə və Çinin küçə yeməkləri hazırlanır və satılır. İmprovizə edilmiş səhnədə musiqi kollektivləri, artistlər, gözbağlayıcılar çıxış edirlər. Bundan əlavə, suvenir məhsulları satılan çoxlu köşk var. Meydanın ətrafında populyar ticarət mərkəzləri və supermarketlər yerləşir. Almaniyada ən uca tikili sayılan 368 metr hündürlüyündə Berlin teleqülləsi də burada yerləşir. Teleqüllənin müşahidə meydançasına turistləri buraxırlar.

Lakin biz bu şəhərin panoramını başqa bir yerdə - Potsdam meydanındakı Panoram məntəqəsindən (Panoramapunkt) çəkməyi qərara aldıq. 1999-cu ildən ziyarətçilər üçün açılmış müşahidə meydançasından baxanda Brandenburq darvazaları, Reyxstaq, Almaniya federal kanslerinin idarəsi, Belvyu sarayı, Berlin kafedral kilsəsi, Jandarmenmarkt, kayzer Vilhelm memorial kilsəsi və şəhərin başqa məşhur obyektləri görünür. Bu bina həm də onunla əlamətdardır ki, orada bütün Avropada ən sürətli - saniyədə 8,5 metr məsafə qət edən lift qoyulub. Gözünüzü yumub açınca 100 metr yüksəkliyə (25-ci mərtəbəyə) çatırsınız.

Ekskursiya şirkətinin toplanış məntəqəsinə qayıdıb velosipedləri təhvil verdik və bələdçimizlə vidalaşdıq. Gündüz saat 1-də Reyxstaq binasının girəcəyində olmalı idik. Orada bizim üçün günbəzə ekskursiya nəzərdə tutulub. Almaniya Parlamenti Bundestaqın yerləşdiyi Berlinin əsas dövlət binasına hər kəs daxil ola bilər. Bunun üçün əvvəlcədən Bundestaqın rəsmi saytında (visite.bundestag.de) qeydiyyatdan keçib oraya getmə tarixini və saatını öyrənməlisiniz.

Reyxstaq günbəzi, metro labirintləri və zoopark

Reyxstaq binasının damına Qələbə bayrağı sancan sovet əsgərinin təsvir edildiyi arxiv kadrları yəqin ki, hamınızın yadındadır. Bu gün Bundestaq binasının damında şüşə və poladdan hazırlanmış möhtəşəm günbəz ucalır. Diametri 40 metr, hündürlüyü 23,5 metr olan bu günbəz 1999-cu ildə britaniyalı memar Norman Foster tərəfindən inşa edilib. Günbəzin damı altında düzəldilmiş müşahidə meydançasına uzunluğu 230 metr olan spiral şəkilli iki dairəvi rampa ilə qalxmaq olar. Hündürlüyü 40 metrdən çox olan bu meydançadan baxanda Berlinin dairəvi panoramı görünür. Günbəzə daxil olarkən sizə təqdim edilmiş rusdilli audiobələdçi Reyxstaqın və onun dövrəsindəki binaların tarixini, habelə günbəzin konstruksiya xüsusiyyətlərini şərh edir. Məsələn, parlamentin plenar iclas zalından buraya gələn pilləkən tədricən genişlənərək onun diametri 16 metrə çatır. 360 güzgü əksinin əmələ gətirdiyi qeyri-adi işıq oyunu hər kəsi heyrətləndirir. Güzgülərin üzərinə çəkilmiş xüsusi örtük həm işığı əks etdirir, həm də onu buraxır. Güzgülü panellər kompyuter proqramları ilə idarə edilən xüsusi filtrlərlə təchiz olunub. Plenar zala buraxılan gündüz işığının miqdarı bu filtrlərin köməyi ilə ilin fəslinə və hava şəraitinə uyğun tənzimlənir. Qıfın daxilindəki ventilyasiya şaxtası plenar zalın havalandırılması üçün nəzərdə tutulub. Şaxtadan çıxan hava xüsusi istilik mübadilə sistemindən buraxılır. Bu, enerji sərfini azaltmağa imkan verir. Beləliklə, günbəz və konus həm heyranedici memarlıq elementi, həm də ekoloji avtonom enerji sisteminin tərkib hissəsidir.

Qeyri-adi mənzərələrə tamaşa edəndən sonra günbəzdən çıxıb yaxınlıqda yerləşən Brandenburq darvazalarına tərəf yönəldik. 225 illiyi bu yaxınlarda qeyd edilmiş Brandenburq darvazaları (1791-ci ildə tikilib) Berlinin və Almaniyanın ən məşhur rəmzidir. Uzun illər boyu ikiyə bölünmüş Almaniyanın və Berlinin rəmzi sayılan bu darvazalar 1989-cu ildən sonra ölkənin yenidən birləşməsinin təcəssümünə çevrilib. Yeri gəlmişkən, vaxtilə Sülh darvazaları adlanan bu darvazaların yanındakı ərazi indi həmişə izdihamlı olur. Buraya gələn hər kəs bu məşhur darvazalar fonunda “şelfi” çəkməyə çalışır. Darvazaların yanındakı meydanda çoxlu kafe və restoran var.

Biz isə proqramımızın növbəti məntəqəsinə - Berlin zooparkına tələsməliyik. Bu yerdə, icazənizlə, kiçik bir lirik haşiyə çıxıb Berlinin ictimai nəqliyyatından söz açmaq istəyirəm. Şəhərdə metro işləyir, avtobus, tramvay və qatarlar hərəkət edir. Adətən birinci olaraq turistlər əlçatan və sürətli nəqliyyat növü kimi metroya alışmağa çalışırlar. Elə biz də bu cür etdik, lakin tezliklə nəticə çıxardıq ki, Berlin metropoliteninin sxemini heç cür asan anlaşılan adlandıra bilməzsən. Hər halda dörd gün ərzində biz ona qətiyyən alışa bilmədik - stansiyalar çox qəliz yerləşdirilib. Məsələn, əgər Bakı, İstanbul və ya Dubay metrosunda lazım olan stansiyanı ötürsək, sadəcə növbəti dayanacaqda düşərək o biri tərəfə keçmək və geriyə qayıdan qatarla buraxılmış stansiyaya getmək olarsa, Berlində bu heç də asan deyil. Hələ bir neçə digər dəmiryol xətti arasında sizə lazım olan xətti və müvafiq istiqaməti axtarıb tapmaq lazımdır. Bəlkə Berlində çox qalandan sonra metro sxemi aydın olar. Lakin bizim kömək üçün müraciət etdiyimiz yerli sakinlərin də çoxu bu və ya digər stansiyaya keçmək üçün lazımi sxemi dərhal deyə bilmir, xeyli fikirləşir, variantları seçirdilər. Berlin metrosunun “katakombalarında” xeyli azdıqdan sonra qərara aldıq ki, turistlər üçün tramvay və avtobuslardan istifadə etmək daha asandır. 100 nömrəli turist avtobusu bizi Reyxstaqın qarşısındakı dayanacaqdan zooparka tez çatdırdı.

Berlin zooparkı 35 hektar ərazini əhatə edir və Almaniyanın ən böyük zooparklarından biridir. Dünyanın heç bir zooparkında bu cür miqdarda - 1500-dək heyvan növü (təxminən 15 000 sayda) təqdim olunmayıb. Hər gün zooparka 2,6 milyonadək adam gəlir. Zooparkda şir, pələng, ayı, o cümlədən ağ ayı, habelə kərgədan, begemot, zebr, zürafə və ekzotik faunanın digər nümayəndələri saxlanılır. Primatlar və insanabənzər meymunlar, habelə fillər üçün xüsusi pavilyonlar (“Elephantator”) ayrılıb. Zooparkın bütün ərazisi yaşıllıq və güllərə qərq olunur, beləliklə, gəzinti zamanı həm də yaxşıca dincəlirsən. Zoopark çox təmizdir və heç bir xoşagəlməz iy yoxdur.

Zooparka nəhəng akvarium ərazisi birləşir, onun üç mərtəbəsində nəinki balıqlar, həm də sürünən heyvanlar, amfibiyalar, həşəratlar və onurğasızlar təqdim olunur. Bu gözəl zooparka yaxşıca tamaşa etmək üçün azı yarım gün vaxt lazımdır. Zoopark ərazisindəki kafe və restoranlarda isə qəlyanaltı etmək olar.

Tropik adanın ağuşunda

Berlində olasan, amma “Tropical Islands” (“Tropik adalar”) əyləncə kompleksinə baş çəkməyəsən - bu çətin məsələdir. Avropanın ən böyük qapalı akvaparkı hesab edilən bu möhtəşəm kompleks paytaxtdan 60 km cənubda Şprevald meşəsinin əhatəsində yerləşir. Berlinin mərkəzi vağzalından qatarla buraya qırx dəqiqədən də az vaxta çatmaq olar. Sonra avtobus pulsuz olaraq sizi çox hissəsi nəhəng (sahəsi səkkiz futbol meydanına bərabər olan) günbəzin altında yerləşən kompleksin əsas qapılarının yanına çatdıracaq. Əvvəllər burada hərbi baza və dirijabllar üçün anqar yerləşib, indi isə palma ağacları, lianaları, hovuzları və küləşlə örtülü daxmaları buranı əsl tropik kurorta çevirib. Pavilyonun uzunluğu 360 metrdir, eni 210 metrə çatır. İlboyu akvaparkda havanın temperaturu +25 dərəcədən, suyun temperaturu isə +28 dərəcədən aşağı olmur.

Kompleksə baş çəkərək çoxsaylı hovuzlarda üzmək, təpəciklərdən, o cümlədən Almaniyada ən yüksək - hündürlüyü 25 metr olan təpəcikdən akvaparka düşmək, qumlu çimərlikdə qaralmaq, saunada dincəlmək və hətta hava şarında uçmaq olar. Nəhəng günbəzin altında təlimatçıların idarə etdikləri trosların köməyi ilə iki hava şarı yellənir. Arzu edən hər kəs ayrıca ödəniş etməklə quş uçuşu yüksəkliyindən kompleksi seyr edə bilər.

Kompleksin “Tropik adalar” adlanması təsadüfi deyil. Onun ərazisində həqiqətən də palmaların, orxideyaların, manqrov ağaclarının bitdiyi tropik yaşıllıq var. Özlüyündə bu, ərazicə dünyanın ən böyük yağışlı meşəsidir. Buradan axan süni çayda isə hətta xeyli böyük balıqlar və tısbağalar da görə bilərsiniz. Nohurun sahili isə çəhrayı flaminqoların oylağıdır.

Kompleksin xeyli hissəsi günbəzin xaricində yerləşir. Amazoniya adlı bu yeni sahədə çoxlu hovuz, cakuzi, şəlalə və attraksionlar var. “Ağ çay” attraksionu xüsusilə xoşumuza gəldi. Burada sürətli isti cərəyan sizi aparıb kiçik hovuza çatdıracaq.

İki saatdan bir pavilyonda tematik şoular keçirilir, axşamlar isə böyük su tamaşası olur, onun proqramı üç aydan bir dəyişilir. Uşaqlar tropik safaridə və animatorların hazırladığı müxtəlif müsabiqələrdə iştirak edə bilərlər.

Kompleksin ərazisində yerləşən çoxsaylı kafe və restoranlarda qəlyanaltı etmək olar. Maraqlıdır ki, “Tropical Islands” kompleksi ilboyu sutkada 24 saat açıqdır. Gündüz biletin qiyməti bir nəfər üçün 42 avrodur. Bu biletlə kompleks ərazisində 19 saat qalmaq olar. Arzu edənlər çadır tutar və gecəni burada qala bilər və ya kompleksin ərazisindəki otelin rahat nömrəsində otaq sifariş edə bilərlər.

Biz bunu etmədik və çıxışa tələsdik, axı səhər tezdən dəmir yolu vağzalına yola düşməli idik ki, marşrutumuzun sonuncu məntəqəsinə - Frankfurt-Mayn şəhərinə çataq.

Son söz əvəzi və ya Berlin səması

Berlində olduğumuz bütün müddətdə şəhərin səması məni daim təəccübləndirirdi. Buranın səması tamamilə qeyri-adi, başqadır. Ehtimal ki, regionun iqlim xüsusiyyətləri səbəbindən Berlin səması sanki boya ilə çəkilmiş kimi qeyri-adi koloriti ilə seçilir. Orada ağ və qara buludların qarışığından minlərlə çalar çulğaşır və bütün bunlar daxildən gələn, sayrışan nurla işıqlanır. Bu mənzərəni təsvir etmək üçün epitet seçmək çətindir. Məşhur alman kinorejissoru Vim Vendersin “Berlin səması” adlı gözəl filmi yada düşür. Əlbəttə ki, filmin mövzusu başqadır, amma hər halda burada bir oxşarlıq var.

Berlində çəkilən istənilən foto qəşəng alınır. Bu materialı müşayiət edən fotolara baxsanız, özünüz də bunu yəqin edərsiniz.

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: E.İbrahim

Almaniyanı kəşf edirik: Berlin – paytaxt həyatının mərkəzində VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərədə hərbi helikopter qəzaya uğrayıb: Üç əsgər həyatını itirib

Xəzərdə zəlzələ olub

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

Tramp kömür enerjisinin inkişafı üçün 700 milyon dollar ayırmaq istəyir

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

“Çanmi” fırtınası Tokioda güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub

Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alınıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

“Rheinmetall” Beynəlxalq Aerokosmik Sərgisində ən son hərbi texnologiyalarını təqdim edəcək

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır

Tramp: İranla danışıqlar yaxşı davam edərsə, razılaşma həftəsonu baş verə bilər

BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək

Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”

Bakıda “Əmir Əlişir Nəvainin irfani dünyası” monoqrafiyası işıq üzü görüb

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Gələn il Sidney ilə London arasında birbaşa reyslərə başlanıla bilər: “Airbus” ilk sınaq uçuşunu həyata keçirib

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib - ŞƏRH

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb YENİLƏNİB

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib

Tarixçi-alim: Ermənistanda monoetnik mühit deportasiyalar və məcburi köçürmələr vasitəsilə formalaşdırılıb

Fərhad Qaraşov: Yeni Dövlət Proqramı aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirəcək