AMEA-NIN İQTİSADİYYAT İNSTİTUTUNDA XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da AMEA-nın İqtisadiyyat İnstitutunda Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İnstitutun direktoru İsa Alıyev bildirmişdir ki, böyük imperiyalar yarananda da, dağılanda da törətdikləri dəhşətli faciələrlə yadda qalırlar. Xocalı qətliamı sovet imperiyasının tarixə qara hərflərlə yazdığı faciələrdəndir. Bu qırğın məhz 366-cı motoatıcı alayın erməni quldurlarına köməyi sayəsində baş vermişdir. Tarixin yaddaşına həkk olunmuş Xocalı faciəsi azərbaycanlıların hafizəsindən heç vaxt silinməyəcəkdir.
İnstitutun şöbə müdirləri Cəlil Quliyev, Tanrıverdi Paşa və digər çıxış edənlər Xocalıya həsr olunmuş muzey kompleksinin yaradılmasının, alimlərimizin xarici mətbuatda mövzu ilə bağlı yazılar dərc etdirməsinin vacibliyini vurğulamışlar.
Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən slaydlar nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]