ARDNŞ-in Ekologiya İdarəsi ilə Almaniya İqtisadi Tədqiqatlar İnstitutu arasında əməkdaşlıq davam edir
Bakı, 11 noyabr (AZƏRTAC). Almaniya İqtisadi Tədqiqatlar İnstitutu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) struktur bölmələrində iqlim dəyişmələrinin yumşaldılmasına hesablanmış layihələrlə bağlı müvafiq işlər aparır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, institut ilə şirkətin Ekologiya İdarəsinin əməkdaşlığı çərçivəsində, həmçinin “ARDNŞ-də iqlim dəyişmələrinə təsirin azaldılması üzrə strategiyası”nın hazırlanması planlaşdırılmışdır. Məqsəd 2011-ci ildən 2020-ci ilədək ARDNŞ tərəfindən könüllü olaraq strategiyanın əhatə dairəsinin genişləndirilməsi və antropogen istilik effekti yaradan qazların ixtisar olunması istiqamətində müxtəlif tədbirlərin hazırlanması və həyata keçirilməsidir.
Strategiyanın fəaliyyət planına aid hissəsində enerji effektivliyinin artırılması, texnoloji itkilərin azaldılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi sahələrində mümkün layihələrin təklif olunması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]