ARDNŞ-in “Ekoloji Park”ında seminar keçiriləcəkdir
Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekoloji Park”ında “Azərbaycanda enerji səmərəliliyi və alternativ enerjidən istifadə imkanlarının inkişafı üçün tələbatın qiymətləndirilməsi” mövzusunda seminar keçiriləcəkdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminar Almaniya Xarici İşlər Nazirliyinin 2012-ci ildə 10 ölkədə dəstəklədiyi “Enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrindən istifadə bacarığının ötürülməsi” proqramı çərçivəsində təşkil ediləcəkdir. Seminarın təşkilatçısı Almaniya Bərpa Olunan Enerji Mənbələri Akademiyasıdır. Tədbirin məqsədi Azərbaycanda bərpa olunan enerjinin inkişaf etdirilməsi üçün təlim ehtiyaclarının aydınlaşdırılması və müəyyən edilmiş ehtiyaclar üzrə 2012-ci ildə beynəlxalq ekspertlərin iştirakı ilə təlim kurslarının təşkil olunmasıdır.
Seminarda bir sıra nazirlik və təşkilatların, özəl sektor və QHT təmsilçilərinin, həmçinin Azərbaycandakı Almaniya səfirliyi nümayəndələrinin iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]