Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 6-sı saat 13 radələrində Kürdəmir rayonu ərazisində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Kürdəmir Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Pərviz Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Könül Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Pərviz Qurbanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:41]
Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb
- 15.10.2026 [16:22]
Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır
- 15.10.2026 [15:35]