Aşot Qriqoryanın fantaziyaları
London, 19 oktyabr (AZƏRTAC). 2011-ci il noyabrın 24-də Rusiyanın “REGNUM” informasiya agentliyi Ermənistanın “Nouvelles d'Armenie” nəşrinə istinadla Slovakiyada qondarma “erməni soyqırımı”nın inkar edilməsinin kriminallaşdırılması haqqında qanunun qəbul edilməsi barədə sensasiyalı xəbər yaymışdır (http://regnum.ru/news/1470802.html). Xəbərdə deyilir ki, “baş nazirin müavini, Slovakiya Ali Məhkəməsinin sədri Ştefan Harabin” Slovakiyanın erməni diasporunun lideri, Avropa erməni assosiasiyası forumunun sədri Aşot Qriqoryana məktubunda bildirmişdir ki, “erməni soyqırımı”nın inkar edilməsinin kriminallaşdırılması haqqında Milli Şuraya (Parlamentə) təqdim edilmiş qanun layihəsi təsdiq olunmuş və qüvvəyə minmişdir.
Harabinin sözlərinə görə, “indi Slovakiyanın Osmanlı Türkiyəsində erməni soyqırımının baş verməsini inkar edən hər bir vətəndaşı hansı ölkədə yaşamasından asılı olmayaraq, 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəkdir”.
Bir qədər sonra məlum olmuşdur ki, bu məlumat erməni təbliğat maşınının növbəti yalanıdır. Artıq səhəri gün Slovakiyanın Moskvadakı səfirliyi erməni KİV-lərinin məlumatını təkzib edən bəyanatla çıxış etmişdir. Özü də təkzibi ilkin olaraq Ermənistan KİV-ləri özləri yaymışlar http://arminfo.info/english/politics/article/25-11-2011/09-51-00).
Səfirliyin bəyanatında deyilir ki, ölkənin Milli Şurasında bu cür qanun layihəsi heç zaman müzakirə olunmamışdır və deməli, qəbul oluna da bilməzdi. Eyni zamanda, səfirlik daha bir yalanı üzə çıxararaq qeyd etmişdir ki, Ştefan Harabin heç də “baş nazirin müavini” deyildir.
Qəribədir ki, o vaxt hələ özünü “neytral” KİV-lərin nümayəndəsi kimi təqdim edən və bu yalan informasiyanı yayan “REGNUM” agentliyi redaksiyaya məlumat verilməsinə baxmayaraq, Slovakiya səfirliyinin rəsmi təkzibini dərc etməmişdir. Ola bilsin ki, “REGNUM” üçün o zamanlar erməni təbliğat maşınının gündəliyi öz nüfuzundan daha önəmli idi. Agentliyin rəhbərliyi dəyişiləndən sonra isə bu barədə heç danışmağa dəyməz.
Düşünmək olardı ki, Ş.Harabinin və A.Qriqoryanın “erməni soyqırımı”nın təkzib edilməsinin guya ki, kriminallaşdırılması haqqında saxta məlumatı Slovakiya səfirliyi tərəfindən rəsmi təkzib edildikdən sonra bu məsələ artıq həll olunmuşdur. Axı səfirliyin rəsmi bəyanatından artıq nə ola bilər! Lakin bu günlərdə elə həmin o, Aşot Qriqoryan erməni KİV-lərində çıxış edərək Azərbaycan və Türkiyə “təbliğatı”nı, nə az, nə çox, “yalan məlumat yaymaqda” təqsirləndirmişdir!
A.Qriqoryan gözlənilmədən jurnalistlərə bildirmişdir ki, “Slovakiyada qüvvədə olan soyqırımlarının inkar edilməsinə qarşı cinayət qanununa əsasən erməni soyqırımı faktını təkzib edən hər kəs 5 il müddətinə azadlıqdan məhrum edilir. Bu qanunun mövcudluğunu şübhə altına alan Türkiyə və Azərbaycanın dezinformasiyasına baxmayaraq, belə bir qanun qəbul edilmişdir. Azərbaycanlılar bu qanunun mövcudluğunu inadla rədd etməyə çalışırdılar. Onlar internet vasitəsilə belə bir qanunun olmaması barədə informasiya yayırdılar” (http://armenpress.am/rus/news/696099/turkish-ambassador-in-slovakia-recognizes-armenian-genocide-ashot-grigoryan.html).
Maraqlıdır ki, Azərbaycan və Türkiyə “dezinformatorları” heç vaxt öz adlarından danışmır, Slovakiyanın Moskvadakı səfirliyinin bu qanunun qəbul edilməsini təkzib edən rəsmi bəyanatına əsaslanmışlar. Buna görə də A.Qriqoryan Slovakiyanın Rusiyadakı səfiri, Slovakiya parlamentinin keçmiş sədri Yozef Miqaşı da yaddan çıxarmamışdır. A.Qriqoryan diplomatı hədələyərək demişdir: “Bu məsələ Slovakiyanın Rusiya, Ermənistan və Azərbaycandakı səfiri, Slovakiya Milli Şurasının keçmiş sədri Yozef Miqaşı da maraqlandırmışdır və o, dəfələrlə bildirmişdir ki, Slovakiyada belə bir qanun yoxdur. Mən Slovakiya qanunvericiliyinə əsaslanaraq bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etmişəm”.
Onda belə çıxır ki, kimsə - ya Ştefan Harabin və Aşot Qriqoryan, ya da Slovakiyanın Moskvadakı səfirliyi ilə Azərbaycan və Türkiyə “təbliğatçıları” - yalan deyirlər. Biz həqiqəti üzə çıxarmağa çalışanadək A.Qriqoryan daha bir qalmaqallı bəyanat vermişdir. O, erməni KİV-ləri vasitəsilə bildirmişdir ki, guya “Türkiyənin Slovakiyadakı səfiri xanım Gülhan Ulutəkin erməni soyqırımını etiraf etmişdir”, Qriqoryan özü isə bu “xoş” hadisə ilə əlaqədar Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna minnətdarlıq məktubu göndərmişdir. Eyni zamanda bildirilmişdir ki, bizə tanış olan Ş.Harabin Türkiyə naziri Egemen Baxışı Bratislavaya dəvət etmiş və artıq bir dəfə Sürixdə verdiyi bəyanatı Slovakiya paytaxtında təkrar etməyə, “erməni soyqırımı faktını” hamı qarşısında bir daha inkar etməyə və “qəbul olunmuş” qanunun işləyib işləmədiyini öz üzərində sınaqdan çıxarmağa çağırmışdır (http://www.panarmenian.net/eng/news/108579/).
Ancaq Türkiyənin səfiri Gülhan Ulutəkin bizimlə telefon söhbətində bu məlumatı “əsl cəfəngiyat” adlandırmışdır. Nəhayət, Slovakiya qanunu ilə əlaqədar bu ilk baxışdan qarışıq məsələnin araşdırılmasında son damla Aşot Qriqoryanın Ermənistan xarici siyasət idarəsini, o cümlədən Edvard Nalbandyanı Slovakiya Cinayət Məcəlləsinin uydurma maddəsi haqqında informasiyanın yayılmasına qarşı çıxmaqda açıq-aşkar təqsirləndirməsi olmuşdur (http://www.aze.az/news_mid_armenii_protiv_77278.html).
Bu, lap sensasiyadır. O necə Xarici İşlər Nazirliyidir ki, hər bir erməninin əlçatmaz arzusu olan qanunu dünya ictimaiyyətindən gizlədir?! Məsələnin mahiyyətini üzə çıxarmaq və kimin yalan, kimin doğru dediyini aydınlaşdırmaq üçün ilkin mənbəyə müraciət etdik. Slovakiyanın Londondakı səfirliyində əvvəlcədən qəbula yazılaraq oradan hərtərəfli hüquqi məsləhət aldıq. Səfirliyin hüquqşünası qarşısında məsələ konkret qoyulmuşdu: “Bratislavada Osmanlı imperiyasında qondarma “erməni soyqırımı” törədilməsinin əsassız uydurmalar olması ilə əlaqədar silsilə elmi tədbirlərin təşkil olunması planları ilə bağlı bu cür tədbirlərin keçirilməsi və tədbir iştirakçılarının çıxışları qüvvədə olan Slovakiya qanunvericiliyinin pozulması kimi qeyd olunacaqmı və əgər olunacaqsa, Cinayət Məcəlləsinin hansı maddəsi üzrə?”.
Slovakiya səfirliyinin cavabı belə olmuşdur: “Xeyr, olmayacaq. Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş faciəli hadisələrin “soyqırımı” olmasının inkar edilməsinin kriminallaşdırılması haqqında qanun Slovakiyada mövcud deyildir. Slovakiya Cinayət Məcəlləsinin 424a maddəsinin 1b bəndində Beynəlxalq Cinayət Məhkəməsinin (International Criminal Court - ICC) məhkəmə qaydasında cinayət kimi təsdiq etdiyi soyqırımı aktları və bəşəriyyətə qarşı cinayətlər, yaxud Nürnberq tribunalının təsdiq etdiyi sülhə, bəşəriyyətə qarşı cinayətlər, hərbi cinayətlər və ya iştirakçıları və havadarları beynəlxalq məhkəmənin son instansiyası tərəfindən məhkum edilmiş, - bu qərarın ləğv edildiyi hallar istisna olmaqla, - cinayətlərin inkar edilməsi, yaxud onlara bəraət qazandırılmasına görə 1 ildən 3 ilədək azadlıqdan məhrumedilmə cəzası nəzərdə tutulmuşdur. 2004-cü il noyabrın 30-da Slovakiya Milli Şurasının “erməni soyqırımı”nın tanınması haqqında qanuni qüvvəsi olmayan (non-binding resolution) qətnamə qəbul etməsinə baxmayaraq, Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsinin təsiri konkret cinayətlərlə məhdudlaşdırılmışdır. Birinci Dünya müharibəsində baş vermiş hadisələr buraya daxil deyildir. Bundan əlavə, Slovakiya Cinayət Məcəlləsinin 2009-cu il sentyabrın 1-də qüvvəyə minmiş yeni 422d maddəsi Holokostun, faşist və ya kommunist ideologiyalarına əsaslanan cinayətkar rejimlərin, yaxud insanın əsas hüquq və azadlıqlarını zorakılıq, zorakılıq tətbiq etmək hədəsi, yaxud ziyan vurmaq hədələri kimi cinayət hərəkətlərinin inkar edilməsi, bəyənilməsi, yaxud onlara bəraət qazandırılmasına görə 6 aydan 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur”.
Səfirlikdə bizə Slovakiya Cinayət Məcəlləsinin yeni redaksiyasını da təqdim etdilər. Orada yuxarıda qeyd olunan maddələri dərhal tapdıq (http://www.aze.az/news_mid_armenii_protiv_77278.html) Aşağıda onları sizə təqdim edirik.
Slovak dilində:
§ 424a
Podnecovanie, hanobenie a vyhrážanie osobám pre ich príslušnosť k niektorej rase, národu, národnosti, farbe pleti, etnickej skupine alebo pôvodu rodu
(1) Kto verejne
a) podnecuje k násiliu alebo nenávisti voèi skupine osôb alebo jednotlivcovi pre ich príslušnosť k niektorej rase, národu, národnosti, farbe pleti, etnickej skupine, pôvodu rodu alebo pre ich náboženské vyznanie, ak je zámienkou pre podnecovanie z predchádzajúcich dôvodov, alebo
b) hanobí takú skupinu alebo jednotlivca alebo sa im vyhráa tım, že verejne ospravedlòuje èin považovanı èlánkami 6, 7 a 8 Rímskeho štatútu Medzinárodného trestného súdu za genocídium, zloèin proti ¾udskosti alebo vojnovı zloèin alebo èin považovanı èlánkom 6 Štatútu Medzinárodného vojenského súdneho dvora pripojeného k Dohode z 8. augusta 1945 o stíhaní a potrestaní hlavnıch vojnovıch zloèincov Európskej Osi za zloèin proti mieru, vojnovı zloèin alebo zloèin proti ¾udskosti, ak takı èin je spáchanı na takejto skupine osôb alebo jednotlivcovi, alebo ak bol páchate¾ alebo úèastník tohto èinu odsúdenı právoplatnım rozsudkom medzinárodného súdu, ak nebol v predpísanom konaní zrušenı, verejne popiera alebo váne z¾ahèuje takı èin, ak je spáchanı na takej osobe alebo jednotlivcovi,
potrestá sa odòatím slobody na jeden rok až tri roky.
(2) Odòatím slobody na dva roky až päť rokov sa páchate¾ potrestá, ak spácha èin uvedenı v odseku 1 z osobitného motívu.
İngilis dilində:
Section 424a
Incitement, Defamation and Threatening to Persons because of their Affiliation to Race, Nation, Nationality, Complexion, Ethnic Group or Family Origin
(1) Any person who publicly
a) incites to violence or hatred against a group of persons or an individual because of their affiliation to any race, nation, nationality, complexion, ethnic group, family origin or their religion, if they constitute a pretext for the incitement on the aforementioned grounds, or
b) defames such group or individual, or threatens them by exonerating an offence that is deemed to be genocide, a crime against humanity or a war crime under Articles 6, 7 and 8 of the Rome Statute of the International Criminal Court, or an offence that is deemed to be a crime against peace, a war crime or a crime against humanity under Article 6 of the Statute of the International Military Tribunal annexed to the Agreement of 8 August 1945 for the Prosecution and Punishment of the Major War Criminals of the European Axis, if such crime was committed against such group of persons or individual, or if a perpetrator of or abettor to such crime was convicted by a final and conclusive judgement rendered by an international court, unless it was made null and void in lawful proceedings, publicly denies or grossly derogates such offence, if it has been committed against such person or individual,
shall be liable to a term of imprisonment of one to three years.
(2) The offender shall be liable to a term of imprisonment of two to five years if he commits the offence referred to in paragraph 1 by reason of specific motivation.
Section 422d
Any person who publicly denies, approves of or tries to justify the Holocaust, the crimes of regimes based on fascist ideology, the crimes of regimes based on communist ideology or the crimes of any similar movement which, by violence, the threat of violence or the threat of inflicting serious injury, aims to suppress the fundamental rights and freedoms of individuals, shall be punished by imprisonment for a period of six months to three years.
Slovakiya səfirliyinin əməkdaşlarının dediklərini bir daha təsdiq etmək üçün biz müstəqil və tamamilə qərəzsiz Britaniya hüquqşünasına müraciət etdik. Hüquqşünasın xahişi ilə onun adını açıqlamayacağıq. O, məsələni təhlil edərək bildirmişdir ki, Slovakiya Cinayət Məcəlləsinin 424a maddəsi tamamilə dəqiq formalaşdırılmışdır və ikili interpretasiyaları inkar edir (odur ki, Egemen Baxış Ştefan Harabinin dəvətini qəbul edərək cəsarətlə Bratislavaya gedə bilər). Onun sözlərinə görə, bu, təsadüfi deyildir. Məsələ bundadır ki, Avropa qanunvericilik praktikasında istənilən qadağa qanunu maksimum dəqiq, ikimənalı olmadan formalaşdırılmalıdır. Avropa Konvensiyasının insan hüquqları haqqında 10-cu bəndini pozmamaq üçün qeyri-dəqiqlikdən (“vague”) qaçılmalıdır. 422d maddəsindən fərqli olaraq 424a maddəsində Holokost və ya Bosniya müsəlmanlarının soyqırımının adı çəkilməsə də, orada qadağanın sərhədləri dəqiq müəyyən edilmişdir. 424a maddəsində üç belə sərhəd vardır.
Birinci kateqoriya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) barəsində qərar qəbul etdiyi soyqırımı, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərin inkar edilməsi və ya onlara bəraət qazandırılmasıdır. Məlum olduğu kimi, ICC indiyə qədər “soyqırımı” ilə əlaqədar heç bir qərar qəbul etməmişdir. Hazırda ICC-nin yeganə qərarı Konqo Demokratik Respublikasında hərbi cinayətlərin törədilməsində təqsirli bilinən Tomas Lubangi barəsindədir. Vəssalam! ICC-nin hələlik başqa heç bir qərarı yoxdur və deməli, Slovakiya qanunlarına görə yalnız bu cinayətin inkar edilməsi və ya ona bəraət qazandırılması cinayət sayıla bilər.
İkinci kateqoriya dünyaya qarşı cinayətlər, hərbi cinayətlər və Hitler Almaniyasının törətdiyi bəşəriyyətə qarşı cinayətlərə aid ola bilər. Bu cinayətlər Nürnberq tribunalının qərarı ilə təsdiq edilmişdir. Maraqlıdır ki, 424a maddəsində (422d-dən fərqli olaraq) nəinki Holokostun adı çəkilmir, hətta soyqırımı termini (qaraçılara qarşı) işlədilmir. Çünki 1945-ci ildə bu termin rəsmi olaraq işlənmirdi (BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyası 1948-ci ildə qəbul edilmişdir). Buna görə də Slovakiya qanunvericiləri 2004-cü ildə qətnaməyə səs vermiş Milli Şura deputatlarından fərqli olaraq hüquqi savadlılıq nümayiş etdirərək bu sözdən istifadə etməmişdilər. Beləliklə, Slovakiyada yalnız Nürnberq tribunalının qərar qəbul etdiyi nasistlər tərəfindən törədilmiş cinayətlər, o cümlədən yəhudilərin Holokostu, qaraçıların qırğını, müharibənin qızışdırılması (sülhə qarşı cinayətlər), hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərin törədilməsinin inkar edilməsi və onlara bəraət qazandırılması cəzalandırılır.
Üçüncü kateqoriya beynəlxalq məhkəmənin qəti qərar çıxardığı iştirakçılara (habelə onların havadarlarına) aiddir. Məlumdur ki, Nürnberq tribunalını saymasaq indiyə kimi tarixdə üç belə məhkəmə keçirilmişdi. Bu, Britaniya hərbçilərinə qarşı qəddar davranışda təqsirli bilinən 8 nəfərdən başqa qalan bütün müttəhimlərə bəraət qazandırmış Malta tribunalı, keçmiş Yuqoslaviya barəsində beynəlxalq tribunal və Ruanda barəsində beynəlxalq tribunaldır. Syerra-Leone və Kamboca tribunalları beynəlxalq olmadıqları üçün onlar Slovakiya Cinayət Məcəlləsinin bu maddəsinin təsiri altına düşmürlər. Lakin onlar 422d maddəsinə uyğun gələ bilərlər.
Beləliklə, Britaniya hüquqşünasının gəldiyi ekspert nəticəsinə görə, Slovakiya Cinayət Məcəlləsinin 424a maddəsinə əsasən, bu ölkədə Tomas Lubanqanın Konqoda törətdiyi hərbi cinayətlərin, nasist Almaniyasının cinayətləri, o cümlədən Holokost, qaraçıların məhv edilməsi, müharibə başlamaq və digər hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər, habelə keçmiş Yuqoslaviyada və Ruandada soyqırımları, 8 Türkiyə hərbçisinin Britaniya hərbi əsirləri ilə qəddar davranışı faktlarının inkar edilməsi, yaxud onlara bəraət qazandırılması cinayətdir. Cinayət Məcəlləsinin 422d maddəsinə əsasən, Slovakiyada konkret olaraq Xolokostu, faşizmin, kommunizmin və analoji totalitar rejimlərin cinayətlərini inkar edən və onlara bəraət qazandıran şəxslər cinayət məsuliyyətinə cəlb edilir.
Vəssalam! Slovakiyada yalnız bu cinayətlərin inkarına görə həbsxanaya düşmək olar. Cinayət məcəlləsinin nə 424a maddəsinin, nə də 422d maddəsinin Birinci Dünya müharibəsində Osmanlı imperiyasında baş vermiş hadisələrə aidiyyəti yoxdur.
Slovakiyada bu və ya digər şəxsə qarşı Cinayət Məcəlləsinin 424a maddəsinin tətbiq edilməsinin mütləq şərti, əvvəla, beynəlxalq tribunalın, yaxud beynəlxalq məhkəmənin qərarı, ikincisi, bu şəxsin həmin cinayəti inkar etməsi və ya ona bəraət qazandırmasıdır. Qondarma “erməni soyqırımı” beynəlxalq tribunalın qərarıdırmı? Ritorik sualdır. 1948-ci ilə qədər kiminsə ümumiyyətlə “erməni soyqırımı” terminini işlətməsi və 1948-ci ildən sonra “erməni soyqırımı” termininin formalaşdırılması üçün beynəlxalq məhkəmənin təşkil edilməsi heç yada gəlmir. Beləliklə, Ş.Harabin və A.Qriqoryan cənabları istəsə də, istəməsə də Slovakiya Cinayət Məcəlləsinin yuxarıda göstərilən iki maddəsi “erməni soyqırımı”na uyğun gəlmir.
Türkiyənin Slovakiyadakı səfirinin “erməni soyqırımı”nı “etiraf etməsi” ilə bağlı əks-səda doğurmuş məsələnin təfərrüatları da məlum olmuşdur. Sən demə, bu il aprelin 5-də Bratislavada A.Qriqoryanın, Ş.Harabinin, Slovakiya Milli Şurasının keçmiş sədri Frantişek Mikloşkonun (Slovakiya Milli Şurasının 2004-cü il 30 noyabr tarixli üzdəniraq qətnaməsinin müəllifi), habelə Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qagik Arutunyan və Kassasiya Məhkəməsinin sədri Arman Mkrtumyanın iştirakı ilə “erməni soyqırımı” qurbanlarının anım gecəsi keçirilmişdir. Bu tədbir haqqında reportaj Slovakiya “Tıždeò” həftəliyində dərc edilmişdir. Türkiyə səfiri xanım Gülhan Ulutəkin bu xəbərə cavab olaraq həftəliyin redaksiyasına göndərdiyi məktubda Osmanlı imperiyasının “erməni soyqırımı” törətməsində təqsirli bilinməsini tənqid etmiş və bildirmişdir ki, erməni silahlı birləşmələrinin qətlə yetirdikləri dinc türk əhalisinin sayı ermənilərin verdiyi itkilərdən qat-qat çoxdur. Səfirin məktubunda deyilir ki, Türkiyə həmişə keçmişdə baş vermiş mübahisəli məsələlərin açıq müzakirəsinə tərəfdar olmuşdur. G.Ulutəkin xatırlatmışdır ki, bu məqsədlə erməni tərəfinə üç ölkənin tarixçilərindən ibarət komissiya yaratmaq təklif olunmuşdur. Məktubda deyilir: “Biz baş verənlərin qərəzsiz işıqlandırılması üçün bütün arxivləri, hətta hərbi arxivləri açmışıq. Buna baxmayaraq, Ermənistan heç bir cavab addımı atmamışdır”. G.Ulutəkin əlavə etmişdir ki, erməni tərəfinin arxivləri bağlıdır. O yazır ki, “nə üçün Ermənistan həqiqətdən, hətta öz arxivlərində olan həqiqətdən qorxur?”. Səfirin həftəlikdə dərc olunmuş məktubunda deyilir ki, ədalət naminə söyləmək lazımdır ki, 1915-ci il hadisələrindən təkcə ermənilər deyil, türklər və Osmanlı imperiyasında yaşamış digər xalqlar da zərər çəkmişdir.
Türkiyə səfirinin məktubunun dərc edilməsi A.Qriqoryanı cavab məktubu yazmağa vadar etmişdir. O, diplomatı “utanmazlıqda” təqsirləndirmiş vəYerevandakı “Erməni soyqırımı muzey-institutu”na dəvət etmişdir. Onun sözlərinə görə, burada “erməni soyqırımı”nın sübutları saxlanılır (bu açıq-aşkar təbliğat xarakterli müəssisənin rəhbərliyinin erməni silahlı birləşmələrinin Şərqi Anadoluda dinc türk əhalisini kütləvi şəkildə qırmasını sübuta yetirən saysız-hesabsız sənədləri nümayiş etdirməsi gözlənilməz olardı). Bundan əlavə, A.Qriqoryan G.Ulutəkini... nə az, nə çox, Slovakiya Milli Şurasının 30 noyabr 2004-cü il tarixli qərarını pozmaqda təqsirləndirmişdir. Qərarda guya ki, deyilir: “İnsanın, yaxud bir qrup şəxsin aşkar təhqir edilməsi, yaxud bəşəriyyətə qarşı cinayətlərə bəraət qazandırılması təhlükəsi 1 ildən 3 ilədək müddətinə azadlıqdan məhrum edilməklə cəzalandırılır” (http://www.yerkramas.org/2012/05/13/armyanskaya-obshhina-prizvala-posla-turcii-v-slovakii-ne-upodoblyatsya-egemenu-bagyshu/).
Öz tərəfimdən deməliyəm ki, bu, Slovakiyanın erməni diasporunun liderinin növbəti fantaziyasıdır. Cəmi bir cümlədən ibarət qətnamənin mətnində belə bir cümlə yoxdur və ola da bilməz. Bu, qətnamədir, qanun deyildir ki, mətnində bu cür punitiv təfsilatlar olsun. Odur ki, Türkiyə səfirinə 2004-cü ilin qətnaməsini öyrənməyi məsləhət görməzdən əvvəl bu mütləq qüvvəyə malik olmayan (non-binding) sənədi (http://www.armenian-genocide.org/Affirmation.330/current_category.7/affirmation_detail.html) ətraflı öyrənmək A.Qriqoryanın özünə də mane olmazdı. Qoy “inkara görə cəza” ifadəsinin qətnamədə harada işləndiyini bizə də göstərsin.
Bir qədər sonra KİV-lərdə A.Qriqoryanın Türkiyə səfiri barəsində məhkəməyə ərizə verdiyi məlum olmuşdur. Erməni KİV-ləri A.Qriqoryanın guya səfirin polisə çağırılmasını və orada öz sözlərini geri götürməsini dediyini yazırlar. Belə “sarı” nəşrlərdən biri yazır: “Slovakiya polisi səfiri məntəqəyə çağırmış və o, orada bildirmişdir ki, erməni soyqırımına qarşı heç nə deməmişdir və bununla da erməni soyqırımı faktını eksklüziv şəkildə təsdiq etmişdir” (http://armenpress.am/rus/news/696099/turkish-ambassador-in-slovakia-recognizes-armenian-genocide-ashot-grigoryan.html). Digər nəşr hətta səfirin polisə “gətirildiyini” yazır: “Səfir Slovakiya polisinə gətirilmiş və bildirmişdir ki, erməni soyqırımı haqqında heç nə deməmişdir. Belə çıxır ki, Gülxan Ulutəkin erməni soyqırımını, demək olar ki, etiraf etmişdir” (http://analitika.at.ua/news/posol_turcii_v_slovakii_gjulkhan_ulutekin_fakticheski_priznala_genocid_armjan/2012-10-12-68216).
Erməni diplomatlarının akkreditə olunduqları ölkələrdə ilk çağırışdan polis idarələrinə hansı sürətlə qaçdıqlarından xəbərsizik. Lakin çoxəsrlik şərəfli tarixə malik Türkiyə diplomatiyasına bu çür davranışlar aid ola bilməz. G.Ulutəkin bizimlə telefon söhbətində bildirmişdir ki, onu heç yerə çağırmayıblar və çağıra da bilməzlər. Vyana konvensiyasına görə diplomat statusu olan şəxslər hüquq-mühafizə orqanlarına çağırıla bilməzlər. Onun sözlərinə görə, hətta əgər o, polis idarəsinə çağırış vərəqəsi alsaydı belə oraya getməyəcəkdi. Diplomat demişdir ki, yerli “Tıždeò” həftəliyi onun məktubunu dərc etdikdən sonra Slovakiya rəsmi hakimiyyətinin heç bir nümayəndəsi onunla əlaqə saxlamamışdır. Polis barədə isə heç danışmağa dəyməz. Heç kim ona heç bir sual verməmişdir. Onun aldığı yeganə məktub A.Qriqoryanın hiddətli məktubudur və bu məktuba da cavab verməyə lüzum yoxdur. Özü haqqında bütün uydurma yenilikləri isə xanım səfir, əsasən, erməni internet nəşrlərindən alır. Səfir demişdir: “Bütün bunlar tamamilə absurd, cəfəngiyatdır”.
Biz isə ehtimal edirik ki, A.Qriqoryan əvvəlki bəyanatları sayəsində öz təqsiri üzündən düşdüyü xoşagəlməz vəziyyətdən çıxış yolları tapmaq üçün Türkiyə səfirinin polisə “çağırılması” (hətta “gətirilməsi”) barədə cəfəngiyatı uydurmuşdur. Yaxud ehtimal ki, hüquq mühafizə orqanları A.Qriqoryanın qara qəpiyə dəyməyən ərizəsinə cavab olaraq bildirmişlər ki, Türkiyə səfiri qanunları pozmamışdır. Bu isə həqiqətdir. Belə ki, G.Uluitəkin məktubunda nə Holokostu, nə faşizmin və kommunizmin cinayətlərini, Ruandada və keçmiş Yuqoslaviyada soyqırımı aktlarını, Tomas Lubanqanın cinayətlərini inkar etməmişdir. Qalanlarını isə hətta diplomatik toxunulmazlığı olmayan şəxslər də inkar edə bilərlər.
Hər halda A.Qriqoryan ağlagəlməz bəyanat vermişdir ki, əgər Slovakiya hüquq mühafizə orqanları Türkiyə səfirinin qanunu pozmadığını iddia edirlərsə, deməli, səfir “erməni soyqırımı”nı etiraf etmişdir. Bundan sonra o, Türkiyə XİN-in rəhbərinə minnətdarlıq məktubu göndərmiş və bu barədə erməni KİV-lərinə məlumat vermişdir. Bu sayıqlamanı şərh etmək tamamilə mənasızdır.
Ümumiyyətlə etiraf etməliyəm ki, qəhrəmanımızın məhkəmə çəkişmələrinə qeyri-sağlam marağı vardır. O, ya Slovakiyanın Moskvadakı səfirini, ya da Türkiyənin Slovakiyadakı səfirini məhkəməyə verir. Onun sözlərinə görə hazırda Macarıstanı Strasburqdakı insan hüquqları üzrə beynəlxalq məhkəməyə, habelə Haaqadakı beynəlxalq məhkəməyə verməyə hazırlaşır. Doğrudur, o, hansı Haaqa məhkəməsinə, ICJ (International Court of Justice), yaxud ICC (International Criminal Court) məhkəməsinə müraciət edəcəyini dəqiqləşdirməmişdir. Qeyd edim ki, bu məhkəmələrin heç birində onu yaxına buraxmayacaqlar. Belə ki, ICJ məhkəməsində yalnız dövlət dövlətə qarşı çıxış edə bilər, ICC məhkəməsində isə soyqırımı, hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər və təcavüz faktları ilə əlaqədar müraciət etmək olar. Qriqoryanın fikrincə, Macarıstanın bu cinayətlərdən hansını törətdiyi məlum deyildir. Bilmək olmaz, bir də görərik ki, bizi də məhkəməyə çağırtdırır. Ona mane olmayaq. Bratislavada Sürix protokolları və Ermənistanın Türkiyəyə qarşı əsassız tarixi iddiaları mövzusunda “dəyirmi masa” keçirmək niyyətindəyik. Qoy diktofon və videokamera ilə gəlib çıxışlarımızı yazsın, sonra da məhkəməyə aparsın. Görək nə əldə edəcəkdir.
Etiraf etməliyik ki, o, məhkəməyə ərizə verəcəyini həmişə elan edir, lakin nəticələri barədə heç nə demir. Lakin özünü gözə soxmaq baxımından bunun heç bir əhəmiyyəti yoxdur. Onun Macarıstana qarşı iddialarına gəldikdə isə sentyabrın sonlarında demişdir: “Bilirik ki, Macarıstan rəhbərliyi Səfərovun Azərbaycanda həbsxanada yatacağına inanacaq qədər sadəlövh deyildir. Çünki 2005-ci ildə Bakıda küçələrdən birinə onun adı verilmişdir” (http://www.mgfedayi.info/2/3/2224/). Əvvəla, A.Qriqoryan doğru deyir ki, Azərbaycanda R.Səfərov bir gün də həbsxanada qalmayacaqdır. Xarici ölkənin həbsxanasında səkkiz il həbsdə olduqdan sonra öz Vətənində nə üçün həbsxanada yatmalıdır? Bir halda ki, Xocalı uşaqlarının, qocalarının və qadınlarının erməni qatilləri bir gün də həbsdə olmamışlar! İkincisi, bakılılar öz şəhərlərində A.Qriqoryanın dediyi kimi, Ramil Səfərov küçəsinin olduğunu heç bilmirdilər. Əvəzində Yerevanda hitlerçi cinayətkarları Dro və Qaragin Njde və beynəlxalq terrorçuların adına küçələr, prospektlər, meydanlar və bir çox digər obyektlərin olduğunu bilirlər.
Aydındır ki, A.Qriqoryan islah olunmaz yalançı və uydurmaçıdır. Ancaq Ş.Harabinin onun səviyyəsinə enməsini başa düşmək olmur. Axı o, hüquqşünasdır və tükü tükdən seçməyi, ən azı qanunları düzgün oxumağı bacarmalıdır. O ki, Slovakiyada “erməni soyqırımı”nın inkar edilməsinin kriminallaşdırılması barədə heç bir maddənin olmadığını yaxşı bilir. Bəs adına nə üçün ləkə gətirir? Hətta “erməni soyqırımı”nın Slovakiya Cinayət Məcəlləsinin 424a maddəsinə uyğunlaşdırılmasının mümkün olmadığını anlayan Ermənistan Xarici İşlər Nazirliyi də bu yalandan yan keçir.
Məlum olmuşdur ki, Ş.Harabinin özünün vicdanı təmiz deyildir. Slovakiyanın keşmiş ədliyyə nazirinin adı Albaniya narkomafiyası, xüsusilə də hazırda həbsdə olan Bakı Sadiki ilə əlaqədə olması, onunla telefonla danışması ilə bağlı qalmaqalda hallanmışdır. Araşdırmalar zamanı Ş.Harabin yalan danışmış və əvvəlcə narkobaronla əlaqəsi olduğunu inkar etmişdir. Lakin sonradan telefon söhbəti üzə çıxdıqdan sonra daha ziddiyyətli ifadələr verməyə başlamışdır. Onun işi ilə əlaqədar parlament dinləmələrində Harabin (soyqırımının və Xolokostun inkar edilməsinin əleyhdarı) antisemit ifadələr işlətmiş, Milli Şuranın deputatını təhqir edərək onu “asshole” adlandırmışdır (http://en.wikipedia.org/wiki/%C5%A0tefan_Harabin).
Necə deyərlər, şərhə ehtiyac yoxdur.
Nazim Hacıyev
London