Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aşot Qriqoryanın yalanının ifşa olunması ilə bağlı əhvalata dair son söz

London, 24 oktyabr (AZƏRTAC). Slovakiya Cinayət Məcəlləsində guya qondarma “erməni soyqırımının” inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan maddənin mövcud olması barədə Avropanın Erməni İttifaqları Forumunun (AEİF) başçısı Aşot Qriqoryanın uyduraraq yaydığı ağ yalanın yeni təfərrüatları üzə çıxmaqdadır. Bu günlərdə A.Qriqoryan Slovakiya XİN-in guya belə bir maddənin mövcud olması barədə hansısa bəyanatına cavab olaraq, bu ölkənin xarici işlər naziri Miroslav Layçaka ünvanlanmış məktubunu dərc etdirmişdir.

Bəri başdan qeyd edək ki, Slovakiyada yurd salmış erməni fırıldaqçısı və təxribatçısı tərəfindən çoxsaylı yalan faktlarının ifşa edilməsindən sonra biz artıq onun heç bir sözünə inanmırıq. Odur ki, o, hər dəfə nəsə bəyan edəndə, biz ilk növbədə ilkin mənbəyi axtarıb tapmağa çalışırıq: istər Slovakiya CM-in maddəsinin mətni, 1754/2004.1341 nömrəli qətnamənin mətni (Qriqoryan hətta bu qətnaməni də təhrif etməyə müvəffəq olmuş və orada olmayan puniativ tədbirləri öz tərəfindən ora ”dürtmüşdür”) olsun, istər Qriqoryanın adlarından istifadə edərək uydurduğu və özbaşına bəyanatlar verdiyi (məsələn, Türkiyə səfirinin polisə “gətirilməsi” və onun burada “ermənilərin soyqırımını etiraf etməsi” barədə gülünc hadisəni yada salaq) və ya sözlərini kobud şəkildə təhrif etdiyi şəxslər olsun. Ona görə biz bu dəfə də sözügedən gopçunun barəsində danışdığı Slovakiya XİN-in bəyanatını axtarıb tapmağa çalışdıq. Lakin heç bir yerdə onu tapa bilmədik. Belə bir bəyanat həqiqətən edilibsə (buna böyük şübhə ilə yanaşırıq), qoy Qriqoryan bizə istinad göstərsin. Heç şübhəsiz, biz bilavasitə bəyanatın müəllifinin özü ilə birlikdə hər şeyi yerli-yataqlı yoxlayıb, qəhrəmanımızın gətirdiyi sitatlarla tutuşduracağıq.

Hətta A.Qriqoryanın özünün Slovakiya XİN-in mifik bəyanatından gətirdiyi sitatlardan da belə məlum olur ki, hakimiyyətin üç qolundan birinin - məhz icra hakimiyyətinin nümayəndələri olan sənədin müəllifləri (həmin sənədin mövcudluğunu hələ yəqinləşdirmək lazımdır) Qriqoryanı məhkəmə hakimiyyətinin “üstünə göndərmişlər”. Belə ki, o, bəyanatda “Cinayət Məcəlləsinin icra olunmalı müddəalarının şərhinin məhkəmənin müstəsna hüququ” olmasından yazır. Qriqoryana tanış olan dilə tərcümədə bu belə səslənir: “Bizdən əl çəkin, biz CM-in şərhi ilə məşğul olmuruq, məhkəməyə müraciət edin”. Sadə dillə desək, XİN özünü mənasız diskussiyaya cəlb etməyə imkan verməmişdir.

Buna baxmayaraq, A.Qriqoryan Slovakiya xarici siyasət idarəsinin başçısına ünvanlanmış məktubunda bu sözləri yazmışdır (orfoqrafiya, qrammatika və punktuasiya saxlanılmışdır): “Slovakiya Respublikasının Milli Şurası 2004-cü il 30 noyabr tarixli № 1341 qərarı ilə 1915-ci ildə osmanlı imperiyasında Ermənilərin soyqırımını tanımışdır və 2009-cu il 16 iyun tarixli 257/2009 nömrəli qanunla Slovakiya Cinayət Məcəlləsinə düzəliş edilmişdir. Düzəlişə bütün bunlardan başqa holokost, soyqırımı və bəşəriyyətə qarşı digər cinayətlər, o cümlədən ermənilərin soyqırımı ilə bağlı inkaretmə, miqyasını azaltma və hörmətsiz yanaşmaya görə cinayət məsuliyyətini müəyyən edən 424a paraqrafı əlavə edilmişdir”. (http://www.nt.am/ru/news/171952/).

Onun yeganə düzgün istinadı isə Slovakiya Milli Şurasının 1754/2004.1341 nömrəli qətnaməsidir. Burada Osmanlı İmperiyasında erməni əhalisinin məhvini “soyqrımı” və “bəşəriyyət əleyhinə cinayət” adlandıran cəmi bir cümlə var http://www.armenian-genocide.org/Affirmation.330/current_category.7/affirmation_detail.html). Lakin bu zaman o, qanun və qanuni qüvvəsi olmayan parlament qətnaməsi (non-binding resolution) arasındakı fərqin üzərindən qəsdən (və ya bilməyərəkdən) sükutla keçir. Belə qətnamələr yalnız onların qəbul edilməsinin lehinə səs verən deputatların rəyini əks etdirir, lakin onlara səs verməyən və ya əleyhinə səs verən xalq elçilərinin rəyini əks etdirmir, ölkə hökumətinin və bütün əhalinin mövqeyini isə yüz faiz əks etdirmir. Odur ki, belə qətnamələr qanundan fərqli olaraq heç kəsə qəbul etdirilə bilməz və prinsipcə parlamentin yeni tərkibi seçilən kimi öz aktuallığını itirir. Yeri gəlmişkən, bu, başqa söhbətin mövzusudur və ola bilsin, gələcəkdə “ermənilərin soyqırımının beynəlxalq səviyyədə tanınması” ilə bağlı spekulyasiyaları gözdən keçirəndə həmin mövzuya qayıdacağıq (zənnimizcə, Fransadan başqa heç yerdə tanıma yoxdur, 2001-ci ildə “ermənilərin soyqırımı” barədə qanun məhz burada qəbul edilmişdir; bütün digər ölkələrdə yalnız parlament qətnamələri, bəyannamələr və ya qanuni qüvvəsi olmayan və yeni seçkilərlə əlaqədar aktuallığını itirən bəyanatlar qəbul edilmişdir).

Bizim qoyunlara qayıdaq (dəqiq desək, tək bir qoyuna). A.Qriqoryanın məktubunda yer almış və onun Slovakiya qanunvericiliyinə uyğunlaşdırmağa çalışdığı qalan iki istinadın 1915-ci ildə erməni və türk icmaları arasında müharibəyə heç bir aidiyyəti yoxdur. Məsələn, biz 2009-cu il 16 iyun tarixli qanunu axtarıb tapdıq. Burada bax: RDF-sənədin 2-ci səhifəsində: deyilir (http://www.cechova.sk/en/documents/fln/aj/2009/fln_jun_09.pdf

AMENDMENT OF CRIMINAL CODE

(Act No. 257/2009 Coll. Amending and Supplementing Act No. 300/2005 Coll. Criminal Code, as amended)

Problematic of extremism in the Criminal Code is regulated under the explanatory note by this Act.

This Act defines extremist group as an association of at least three natural persons for the purposes of committing criminal act of extremism. In case that criminal prosecuting authority shall prove existence of extremist group, it shall be regarded as a circumstance conditioning application of higher criminal penalty.

The Act stipulates that under criminal acts of extremism shall be subsumed:

(a) criminal act of support and propagation of groups oriented to suppressing basic rights and freedoms,

(b) criminal act of manufacturing of extremist materials,

(c) criminal act of circulation of extremist materials,

(d) criminal act of possession of extremism materials,

(e) criminal act of defamation of nation, race and confession,

(f) criminal act of supporting to nation, race and ethnic hatred,

(g) criminal act of supporting, defamation and threatening to natural persons due to their relations with some race, nation, nationality, colour of skin, ethnic group or family origin, and

(h) criminal act committed from special motive.

1This Act shall come into force on 1 September 2009.

Həmin qanun əsasında (hansısa non-binding qətnaməsi deyil, məhz qanun) Slovakiya CM-ə yeni 424a maddəsi şəklində düzəliş edilmişdir. Biz artıq əvvəlki məqaləmizdə həmin düzəlişi misal gətirmişik (http://aze.az/news_fantazii_ashota_griqoryana_83638.html, http://1news.az/analytics/20121020111456003.html#page999, http://news.day.az/politics/361903.html).

Slovakiya CM-in həmin maddəsinin qüsursuz şərhi bu ölkənin nümayəndə heyətinin BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinə (Committee on the Elimination of Racial Discrimination - CERD) təqdim etdiyi 2012-ci il 30 may tarixli (CERD/C/SVK/9-10) (http://www2.ohchr.org/english/bodies/cerd/docs/Slovakia_CERD82_en.pdf PDF-sənədin 75-78-ci paraqraflarına bax) məruzədə yer almışdır. Həmin linki vurmaqla, mətni asan şəkildə açmaq olar. Məruzənin bu dörd paraqrafı ilə sadə tanışlıq göstərir ki, burada söhbət Slovakiya CM-nin qeyri cinayətlərdən başqa, soyqırımının, bəşəriyyət əleyhinə cinayətlərin və hərbi cinayətlərin törədilməsinə, törədilməsi təhdidinə və törədilməsinə çağırışa və inkar edilməsinə görə cəza nəzərdə tutan yeni maddəsinin qüvvəyə minməsindən gedir. Lakin sənəddə məhz hansı soyqırımıların inkar edilməsinin cinayət cəzasına layiq olduğu konkretləşdirilmir. Bu isə zəruri şərtdir, çünki əks halda kimsə Karfagendə “soyqırımı” faktını və ya Topal Teymurun yürüşləri zamanı kütləvi və mənasız edamların soyqırımı olduğunu bədahətən xəyalına gətirsə, insanı barmaqlıqlar arxasına atmaq olar. Odur ki, soyqırımının konkretləşdirilməsi hallarını tapmaq üçün Slovakiya CM-nin 424a maddəsinin özünə müraciət etmək lazımdır. Bu maddə http://legislationline.org/download/action/download/id/3763/file/Slovakia_CC_2005_en.pdf, sənədindən göründüyü kimi, yalnız aşağıdakı cinayətlərin inkarını və ya onlara bəraət qazandırılmasını kriminallaşdırır:

1) Barəsində Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarı olan soyqırımı, hərbi cinayətlər və bəşəriyyət əleyhinə cinayətlər. Aydınlaşdıraq: bu günədək İCC yalnız bir qərar - Konqo Demokratik Respublikasında Tomas Lubanqa tərəfindən törədilmiş hərbi cinayətlər barəsində qərar çıxarmışdır. Tezliklə Keniya ilə bağlı daha bir qərar gözlənilir. Hələlik bu qədər.

2) Hitler Almaniyası tərəfindən törədilmiş və barəsində Nürnberq tribunalı tərəfindən qərar çıxarılmış bəşəriyyətə qarşı cinayətlər, hərbi və insanlığa qarşı cinayətlər.

3) Barəsində beynəlxalq (! -milli deyil, məhz beynəlxalq) məhkəmənin qəti qərar çıxardığı iştirakçılara (habelə onların əlaltılarına ) qarşı cinayətlər. Tarixə üç belə hadisə məlumdur: Birinci dünya müharibəsində Türkiyənin səkkiz hərbi qulluqçusunun britaniyalı hərbi əsirlərlə qəddar rəftarı ( Malta tribunalının qərarı), tutsilərin soyqırımı (Ruanda üzrə Beynəlxalq Tribunalın qərarı), Bosniya müsəlmanlarının soyqırımı (keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın qərarı).

Kəsə sual: hamının zəhləsini tökmüş “erməni soyqırımının” tamamilə konkret olan bu hallara nə kimi aidiyyəti vardır? Heç bir aidiyyəti yoxdur! “Erməni soyqırımı” nəinki açıq mətndə xatırlanmır, üstəlik, maddədə dəqiq şəkildə qeyd edilir ki, həmin qanuna görə, yalnız barəsində beynəlxalq məhkəmənin qərarları olan cinayətlər “soyqırımı”, “bəşəriyyət əleyhinə cinayətlər” və “hərbi cinayətlər” hesab edilir. Vəssalam, Aşot, “davay, idi qulyay, do svidaniya!”.

Slovakiya Milli Şurası 2011-ci il iyulun 13-də No.301/2005 qanununa düzəliş edən və ölkənin CM-nə 2011-ci il sentyabrın 1-də qüvvəyə minmiş yeni 422d maddəsi əlavə edən daha bir qanun layihəsi qəbul etmişdir (http://www.kscm.cz/political-opinions/57993/). Maddədə deyilir: "Any person who publicly denies, approves of or tries to justify the Holocaust, the crimes of regimes based on fascist ideology, the crimes of regimes based on communist ideology or the crimes of any similar movement which, by violence, the threat of violence or the threat of inflicting serious injury, aims to suppress the fundamental rights and freedoms of individuals, shall be punished by imprisonment for a period of six months to three years".

Ancaq burada da “ermənilərin soyqırımı”nın adı heç yerdə hallandırılmır. Bu da təəccüblü deyildir: Birinci dünya müharibəsində, yeri gəlmişkən ermənilərin özü tərəfindən başlanmış erməni-türk qırğınının kommunizmə və faşizmə heç bir aidiyyəti yoxdur.

Nəhayət, A.Qriqoryan Slovakiya XİN-in başçısına məktubunda yazır: “Slovakiya Respublikasının 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş, təkcə erməni xalqı üçün deyil, dünya birliyi və sivil bəşəriyyət üçün faciə olan hadisələrə münasibətdə sarsılmaz mövqeyini təsdiq edən bəyanatına görə öz adımdan və təmsil etdiyim təşkilat adından bir daha Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm”.

Qeyd etdiyimiz kimi, bizim ümumiyyətlə belə bir bəyanatın mövcud olması və ya Qriqoryanın Slovakiya nazirinin sözlərini dəqiq sitat gətirməsi barədə böyük şübhələrimiz vardır. Ondan istinadlar gözləyirik. Hərçənd onun saysız-hesabsız uydurmalarına adət etdiyimiz üçün biz özümüz də hər şeyi ilkin mənbə ilə yerli-yataqlı yoxlayacağıq.

Slovakiya XİN-in başçısı Miroslav Layçak hətta bu sözləri həqiqətən demişsə belə, onunla yalnız razılaşmaq olar: 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələr həqiqətən də yalnız bir erməni xalqının faciəsi deyildir. Bu hadisələr eyni, bəlkə də daha çox dərəcədə ilk növbədə türk xalqının da faciəsidir. Arxa cəbhədə və Rusiyanın işğal etdiyi zonada qalamış dinc əhali (əsasən uşaqlar, qadınlar və qocalar) öz Vətənlərinin müdafiəsinə qalxmış türk kişilərinin dünya müharibəsi cəbhələrində qanlarını axıtdıqları, canlarından keçdikləri günlərdə erməni quldur dəstələri tərəfindən misli görünməmiş vəhşiliklərə məruz qalmışdır və bu, həqiqətən dünya birliyinin və bütün sivil bəşəriyyətin faciəsidir.

Nazim Hacıyev

AZƏRTAC

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb