AŞPA-NIN YAZ SESSİYASI BAŞLADI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, aprelin 26-da sessiya öz işinə başlamışdır. Günün birinci yarısında azərbaycanlı deputatlar ayrı-ayrı komitələrin yığıncaqlarında iştirak etmiş, müzakirə olunan məsələlər barədə ölkəmizin mövqeyini açıqlamışlar.
Günün ikinci yarısında sessiyanın gündəliyi ilə bağlı geniş müzakirələr aparılmışdır. Gündəliyə Belarusda mətbuata təzyiqlər, Albaniyanın AŞPA qarşısında öhdəliklərinin yerinə yetirilməsi, Monakonun AŞ-yə qəbul üçün müraciəti, Kosovoda vəziyyət, Avropada həbsxanaların vəziyyəti, insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi, Ermənistanda vəziyyət, Hollandiyanın sığınacaq istəyən şəxslərə münasibətdə yeni siyasəti və digər məsələlər daxil edilmişdir. Sessiyanın gündəliyində Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 29-da deputatlar qarşısında çıxışı barədə də məlumat verilmişdir.
Sessiya öz işini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]